Accessibility links

Avropa İttifaqı rəsmisi COVID-19-a qarşı vaksin donorlarının konfransına çağırır


Avropa Komissiyasının prezidenti Ursula von der Leyen çərşənbə günü COVID-19-a qarşı vaksinin yaradılması və qlobal şəkildə paylanması üçün maliyyə fondlarının təsisi məqsədilə mayın 4-də donorların konfransının keçirilməsinə çağırıb.

Brüsseldə video-konfrans vasitəsilə keçirilən mətbuat konfransında danışan Von der Leyen vaksini virusa qarşı mübarizədə “ən yaxşı kollektiv vasitə“ adlandırıb.

O, konfransda pandemiyaya hazırlıqların yaxşılaşdırıılması və diaqnostika və müalicənin sürətləndirilməsi üçün maliyyə fondlarının yaradıla biləcəyini bildirib.

Avropa Komssiyasının prezidenti deyib ki, vaksin hazır olduqdan sonra onlar onun dünya boyu ən yaxşı şəkildə necə paylaşdırılması məsələsi üzərində işləyəcəklər.

Von der Leyen konfransın Brüsseldə keçirilməsini və donorların maliyyə vəsaitlərinin onlayn ayıra biləcəyini bildirib.

XS
SM
MD
LG