Accessibility links

Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı sanksiyaların vaxtını uzatdı


Avropa İttifaqı Rusiyaya qarşı sanksiayalrın vaxtını uzatdı
Avropa İttifaqı Rusiyaya qarşı sanksiayalrın vaxtını uzatdı

Avropa liderləri Rusiyanın 2014-ci ildə Ukraynanın Krım yarımadasını ilhaq etməsi ilə bağlı qoyduqları sanksiyaları uzatmağa razılaşıblar. Cümə günü verilən bəyannamədə bu sanksiyaların əlavə altı ay müddətinə uzadıldğını bildirib.

Anonim mənbənin Fransa Mətbuat Agentliyinə verdiyi məlumata görə, qərar liderlərin Brüssel sammitində Ukrayna ilə bağlı “qısa müzakirədən” sonra verilib.

ABŞ da həmçinin Rusiyanın 2014-ci ildə Ukraynanın Krım yarımadasını ilhaq etməsi ilə bağlı qoyduğu sanksiyaları uzadıb.

ABŞ prezidenti rəsmi Moskvanın 2016-cı il seçkilərinə müdaxiləsi iddialarını rədd edir

​ABŞ kəşfiyyat icması Rusiyanın 2016-cı ildə Trampın prezident seçkilərində qalib gəlməsi üçün səsvermə prosesinə müdaxilə etməsi qənaətinə gəlib. Xüsusi prokuror Robert Müller ayrı-ayrı Rusiya vətəndaşlarına və qurumlarına seçkiyə müdaxilə etdikləri ilə bağlı ittihamlar irəli sürüb.

Prezident Donald Trampla Rusiya prezidenti Vladimir Putinlə görüşünün və yerinin təsdiqləndiyi zaman, ABŞ prezidenti rəsmi Moskvanın 2016-cı il seçkilərinə müdaxiləsi iddialarını rədd etdiyini qeyd edib.

Vladimir Putin və Donlad Tramp
Vladimir Putin və Donlad Tramp

Trump uzun müddətdir xüsusi prokuror Robert Müllerin Rusiya ilə Trump kampaniyası arasında mümkün işibrliyinə dair təhqiqatını "cadu ovu" adlandırıb. Son Twitter mesajında ABŞ lideri Rusiyanın müdaxiləni rədd etdiyini qəbul etdiyini bildirib.

“Rusiya bizim seçkilərə müdaxilə ilə heç bir əlaqəsi olmadığını bildirməyə davam edir!” Tramp bəyan edib.

İlk dəfə olaraq iki lider beynəlxalq tədbir əsnasında yox, tam formatda ikitərəfli görüş keçirəcək.

Trampın fikri ABŞ dövlət katibi Mayk Pompeonun Çərşənbə günü dedikləri ilə ziddiyyət təşkil edir. Pompeo bilidirib ki, Trampla Putinin görüşü zamanı Rusiya liderinə ABŞ seçkilərinə müdaxilənin “tamamilə qəbuledilməz” olduğu çatdırılacaq.

İki liderin iyulun 16-sına Helsinkidə planlaşdırılan görüşü onların ilk tam ikitərəfli görüş olacaq. Bundan öncə onlar müxtəlif beynəlxalq tədbirlər nəzdində qısa görüşlər keçiriblər.

Qarşıdan gələn sammit rəsmi Vaşinqtonla Moskva arasında gərginliyin artdığı dövrə təsadüf edir.

XS
SM
MD
LG