Accessibility links

Avropa İttifaqının Belarusa məxsus hava yolları şirkətinə tətbiq etdiyi qadağa qüvvəyə minib


Avropa İttifaqının Belarusa məxsus hava yolu şirkətlərinin Avropa İttifaqındakı hava limanlarına enmələrinə və ittifaqın hava hövzəsində uçmasına tətbiq etdiyi qadağa artıq qüvvəyə minib.

Avropa İttifaqı bu qadağanı Belarusun ötən ay sərnişin təyyarəsini zorla Minskə edirməsinə və dissident jurnalistin həbs etməsinə cavab olaraq iyunun 4-də tətbiq edib.

İttifaqa 27 üzv ölkədən “Belarus hava yolu şirkətlərinin idarə etdiyi hər hansı təyyarəyə onların ərazisindən havaya qalxmağa, enməyə və ya üzərində uçmağa icazə verməmələri tələb olunur,” Aİ bəyanatında bildirib.

Bu qadağanı üzv ölkələrin hökumətləri tətbiq etməlidirlər. Aİ-nın bir neçə ölkəsi artıq bənzər qadağa tətbiq edib.

Belarusun milli hava yolu şirkəti Belavia iyunun 4-də verdiyi açıqlamada Moskvanın Şeremetyevo hava limanına uçuş həyata keçirməyə icazə aldığını və iyunun 10-dan başlayaraq Moskvaya həftədə 5 reysinin olacağını bildirib.
Hava yolu şirkəti həmçinin iyunun 12-dən başlayaraq İstanbula da 4 reys əlavə edəcək və bununa da uçuşlarını həftədə 10 dəfədən gündə iki dəfəyə artıracaq. Şirkət həmçinin iyunun 15-dən başlayaraq Gürcüstanın Qara dəniz sahilindəki Batumi şəhərinə uçuşlarının sayını iki dəfə artıraraq 7-dən 14-ə çıxaracaq. Belavia Tbilisiyə uçuşlarının sayını də həftədə yeddi dəfədən 11 dəfəyə artırmağı planlaşdırır.

Avropa İttifaqının qadağasından öncə Belavia Belarusdan Avropanın təxminən 20 hava limanına uçuş həyata keçirirdi.

Aİ Belarusun mayın 23-də Ryanair-ə məxus təyyarəni döyüşçü təyyarənin müşayiəti ilə Minskə enməyə məcbur edərək, təyyarədə olan müxalifət fəalı və jurnalist Roman Protaseviçi və onun sevgilisi Sofia Sapeqanı həbs etməsindən sonra Belarusa qarşı bir sıra cəza tədbiri elan edib.

Avropa İttifaqına üzv ölkələr Avropa Şurasını belaruslu şəxslər və qurumlar qarşı sanksiyalar, habelə ölkəyə qarşı iqtisadi sanksiyalar tətbiq etməyə çağırıb.

İttifaq həmçinin Aİ-na aid hava daşıyıcılarına Belarus üzərindən uçmamağı tövsiyyə edib.

XS
SM
MD
LG