Accessibility links

Avropa İttifaqının “EU4Digital proqramı” Azərbaycanda fəaliyyətə başlayıb


Avropa İttifaqının “EU4Digital proqramı” Azərbaycanda fəaliyyətə başlayıb
Avropa İttifaqının “EU4Digital proqramı” Azərbaycanda fəaliyyətə başlayıb

Mayın 31-də Bakıda Avropa İttifaqının harmonizasiya olunmuş rəqəmsal bazar faydalarının Şərq Tərəfdaşlığı ölkələrinə çatdırılması layihəsi çərçivəsində “EU4Digital proqramı”nın Azərbaycanda başlamasına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Avropa İttifaqının Azərbaycandakı Əməkdaşlıq şöbəsinin rəhbəri, Azərbaycan rəsmiləri, vərəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.

EU4Digital layihəsinin məqsədi iqtisadi artım, daha çox iş yerlərinin yaradılması, insanların həyat səviyyəsinin yaxşılaşdırılması və bizneslərə köməyin göstərilməsi üçün Avropa İttifaqının dəstəyini rəqəmsal iqtisadiyyatın və cəmiyyətin potensialının inkişafına yönəldərək Avropa İttifaqının Vahid rəqəmsal bazar faydalarını Şərq Tərəfdaşlığı ölkələrinə çatdırmaqdır.

Avropa İttifaqının “EU4Digital proqramı” Azərbaycanda fəaliyyətə başlayıb
Avropa İttifaqının “EU4Digital proqramı” Azərbaycanda fəaliyyətə başlayıb

EU4Digital vasitəsilə, Aİ iqtisadiyyatların inkişafına təkan vermək və elektron xidmətləri genişləndirmək məqsədilə rouminq tariflərinin endirilməsi və yüksək sürətli genişzolaqlı şəbəkənin yaradılması, logistikadan tutmuş səhiyyəyə qədər bütün sahələrdə rəqəmsal çərçivələrin harmonizasiyası, kiber təhlükəsizliyin qurulması, bacarıqların artırılmasında Şərq Tərəfdaşlığı ölkələrinə dəstək göstərir.

Bu tədbirin məqsədi Azərbaycanın əsas maraqlı tərəflərini bir araya gətirmək və EU4Digital Proqramını Aİ siyasətinin rəqəmsal sahə üzrə olan məqsədlərinin dəstəklənməsi üçün bir sıra hərəkətlərə təkan verən flaqman təşəbbüs kimi təqdim etməkdir. Tədbirdə həmçinin Azərbaycanın rəqəmsal məsələlər sahəsində ümumi vəziyyət və irəliləyiş qiymətləndirəcək və növbəti addımlar nəzərdən keçirilir.

Aİ-nin Azərbaycandakı Əməkdaşlıq şöbəsinin rəhbəri Simona Qatti deyib ki, Şərq Tərəfdaşlığı ölkələrinin altısında vahid rəqəmsal dəhlizin yaradılması ölkələrlə Avropa İttifaqı üzvləri arasında olan rouminq tariflərinə öz təsirini göstərəcək.

“Nəzərdə tutulan işlərdən biri altı Şərq Tərəfdaşlığı ölkəsi arasında rouminq sazişlərin imzalanmasıdır. Burada həmçinin rouminq tariflərinə dair də məsələlərə baxılacaq,” o qeyd edib.

Avropa İttifaqının Azərbaycanda kibertəhlükəsizlik sahəsində həyata keirəcəyi layihənin dəyəri isə 7 milyon avro təşkil edir.
Aİ-nin Azərbaycandakı Əməkdaşlıq şöbəsinin rəhbəri Simona Qatti

Simona Qattinin sözlərinə görə, Avropa İttifaqının Azərbaycanda kibertəhlükəsizlik sahəsində həyata keirəcəyi layihənin dəyəri isə 7 milyon avro təşkil edir. Onun sözlərinə görə, hazırda təqdim olunan "Eu4Digital" layihəsinin ümumi dəyəri 11 milyon avrodur.

"Biz bu layihəni “Ernst&Young” şirkəti tərəfindən 6 “Şərq Tərəfdaşlığı” ölkəsində icra edəcəyik. Bu layihədən sonra isə biz Azərbaycanla 7 mln. avroluq kibertəhlükəsizlik layihəsini icra etməyə başlayacağıq," Qatti qeyd edib.

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov isə bildirib ki, Şərq Tərəfdaşlığı ölkələri arasında artıq bu proseslər komponent çərçivəsində həyata keçirilir.

"Layihə hazırdır və növbəti mərhələdə biz Avropa İttifaqından gözləyirik ki bu uyğunlaşdırılma davam etsin, yalnız Şərq Tərəfdaşlığı ölkələri arasında deyil, sonradan Avropa ölkələri ilə də rouminq tariflər uyğunlaşsın," o qeyd edib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib ki, Azərbaycanda hazırlanan kibertəhlükəsizlik strategiyasının qəbul olunması son mərhələdədir.

Onun sözlərinə görə, bu sənəd qəbul olduqdan sonra özündə yaxın 5 il müddətdə ölkədə bu sahədə həyata keçiriləcək fəaliyyəti tam şəkildə əks etdirəcək.

Nazir müavini bildirib ki, kibertəhlükəsizlik strategiyası beynəlxalq təcrübə əsasında hazırlanıb. Bu məqsədlə Avropanın və digər ölkələrin təcrübələri tam şəkildə araşdırılıb. Strategiyada Azərbaycana qarşı oluna biləcək kibertəhdidlər, onların qarşısını almaq üçün tədbirlər, kritik infrastrukturda kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, kadr hazırlığın təmin edilməsi və digər bir çox məsələ öz əksini tapıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG