Accessibility links

Avropa İttifaqının xüsusi nümayəndəsi: Siyasi iradə nümayiş etdirilsə saziş də imzalanar, münaqişə də həll olunar


“Avropa İttifaqı və Azərbaycan arasında gələcək sazişin mühüm siyasi hissəsi var və Bakının sazişin iqtisadi aspektlərlə məhdudlaşdırılmasında israr etdiyi haqqında iddialar həqiqətə uyğun deyil.”

Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Turan agentliyinə müsahibəsində bildirib.

Azərbaycan rəhbərliyi ilə bu məsələ ilə bağlı danışıqların yekunları haqqında suala cavabda o deyib ki, tərəflər sazişi imzalamağa "çox yaxındırlar." Ticarət və digər aspektlərlə bağlı bir sıra razılaşdırılmamış məsələlər qaldığını deyən Klaar təfsilatını açıqlamaqdan imtina edib.

Tərəflər sazişi imzalamağa çox yaxındırlar. Ticarət və digər aspektlərlə bağlı bir sıra razılaşdırılmamış məsələlər qalır.
Toyvo Klaar, Avropa İttifaqının xüsusi nüamyəndəsi

Bakı sazişə Azərbaycanın ərazi bütövlüyü məsələsinin daxil edilməsində israr edir? Klaar bu suala cavab verməkdən yayınıb və deyib ki, sazişin imzalanmasını gözləmək lazımdır.

"Nə qədər ki, sazişin mətnini müzakirə edirik, onun təfsilatı ilə bağlı şərh vermək istəməzdim", deyən Klaar əlavə edib ki, Azərbaycan tərəfi "sazişdə prioritetləri barədə kifayət qədər aydın danışır."

Sazişin imzalanmasının bu qədər uzanmasının səbəbi nədir? Bu suala Klaar birmənalı cavab verməyib, sənədin kifayət qədər "mürəkkəb" olduğunu, onun siyasi, iqtisadi və digər hissələrdən ibarət olduğunu qeyd edib.

"İradə nümayiş olunarsa, bu sazişin imzalanmaması üçün səbəb görmürəm", deyə o bildirib.

Aİ Azərbaycanda ifadə və mətbuat azadlığının möhkəmlənməsinə necə kömək edə bilər? Bu suala cavabda Toyvo Klaar deyib ki, bu məsələlər Aİ üçün prioritetdir.

"Bütün tərəfdaşlarımızla müzakirələr zamanı bu azadlıqların təmin edilməsi zərurətini qaldırırıq və Azərbaycan istisna deyil," Avropa İttifaqının xüsusi nümayəndəsi qeyd edib.

This image contains sensitive content which some people may find offensive or disturbing.
Azərbaycan və Avropa Ittifaqının bayraqları
Azərbaycan və Avropa Ittifaqının bayraqları

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar səfərinin məqsədindən danışarkən deyib ki, Azərbaycan rəhbərliyi ilə görüşlər keçirmək, Qarabağ nizamlanmasının hazırkı vəziyyəti, hakimiyyətin və vətəndaş cəmiyyətinin bu məsələ ilə bağlı mövqeyi ilə tanış olmaqdır.

"Bildiyiniz kimi Aİ danışıqların iştirakçısı deyil, amma biz ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyirik, mənim rolum da bu səyləri dəstəkləməkdən ibarətdir," Klaar bildirib.

"Prezident İlham Əliyev mənə hazırkı vəziyyəti necə qiymətləndirdiyi, hansı çağırışların, hansı imkanların olduğu barədə məlumat verib.

Bu ayın sonlarında Yerevana səfər etməyi və müzakirələri Ermənistan rəhbərliyi ilə davam etdirməyi planlaşdırıram," Aİ-nin xüsusi nümayəndəsi sözünə davam edib.

Əliyevlə görüşdə tərəflərin bir müddət əvvəl elan etdiyi humanitar addımların həyata keçirilməsi məsələsi müzakirə olunub? Bu suala cavabda Toyvo Klaar deyib ki, bu mövzuya toxunulub.

"Biz etimad və qarşılıqlı anlaşma tədbirlərini müzakirə etdik. Ümid edirəm ki, Bakıda və Yerevanda bu prosesin əhəmiyyətini dərk edirlər və mən prezidentdən və xarici işlər nazirnin Avropa İttifaqının bu prosesə necə yardım edə biləcəyini söyləmələrini xahiş etdim," Klaar bildirib.

Avropa İttifaqı sülh prosesini necə dəstəkləyə bilərdi? Bu suala cavabda Brüssel nümayəndəsi deyib ki, Aİ uzun illərdir vətəndaş cəmiyyətinə dəstək, əhalinin sülhə hazırlanması layihələrinə vəsait ayırır.

Sirr deyil ki, Bakıda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri səviyyəsində əlaqələri yaxşı qarşılamırlar. Bu halda Aİ necə bu istiqamətdə layihələr həyata keçirə bilər? Bu suala cavabda Klaar deyib ki, Aİ-nin iki layihəsi var və onlardan biri - Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü bu yaxınlarda Tbilisidə keçirilib.

Biz etimad və qarşılıqlı anlaşma tədbirlərini müzakirə etdik. Ümid edirəm ki, Bakıda və Yerevanda bu prosesin əhəmiyyətini dərk edirlər.
Toyvo Klaar, Avropa İttifaqının xüsusi nümayəndəsi

Hamı başa düşür ki, ünsiyyət, əlaqə olmadan və bir-birini başa düşmədən sülh yolu ilə nizamlama mümkün deyil. Məhz buna görə ölkə liderləri bunun nə dərəcədə əhəmiyyətli olduğunu başa düşməlidirlər.

"Azərbaycan rəhbərliyi ilə bugünkü görüşlərdən sonra məndə belə bir təəssürat yaranıb ki, bu cür anlaşma var," Klaar bildirib.

Ermənistanda hakimiyyətin dəyişməsindən sonra münaqişənin sülh yolu ilə həlli şansı artıb? Bu suala cavabda Aİ-nin xüsusi nümayəndəsi deyib ki, Ermənistanın yeni hökuməti "açıq şəkildə" sülh yolu ilə nizamlamaya və konstruktiv dialoqa sadiqdir.

"Ermənistanın xarici işlər naziri və digər liderləri ilə bir sıra rəsmi və qeyri-rəsmi görüşlərin bizə bağışladığı təsir belədir," Klaar bildirib.

Hamı konstruktiv əhval-ruhiyyədədirsə, 30 ildir niyə nizamlamada irəliləyiş yoxdur? Sıçrayış olması üçün nə lazımdır? Bu suallara cavabda Aİ nümayəndəsi deyib ki, istənilən münaqişə üçün həll tapmaq olar.

"Sıçrayış olması üçün tərəflər siyasi iradə nümayiş etdirməlidir. Bu, elə bir şeydir ki, onlar kənardan verilə bilməz," diplomat bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG