Accessibility links

Avropa İttifaqı insan qaçaqmalçılığına mane olunması səylərini gücləndirib


Avropa İttifaqı Aralıq dənizində insan qaçaqmalçılığına mane olunması səylərini gücləndirib.

Quruma üzv ölkələrə qeyri-qanuni şəkildə daxil olmağa çalışanlarla bağlı yeni əməliyyat həyata keçirilir.

"Sofiya əməliyyatı"na bu gün start verilib.

Avropa İttifaqı daha əvvəl axtarış və xilas əməliyyatları həyata keçiridi. Lakin son zamanlar Suriya, Iraq və digər ölkələrdən qaçqın axını və çoxsaylı insanın dənizlərdə boğulması yeni ölçüləri zəruri edib.

Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransu Olland bu gün Avropa Parlamentində miqrant böhranı ilə bağlı çıxış edib.

Hər iki ölkənin lideri qitənin üzləşdiyi böhranın həllində vəhdətə çağırıb.

Onlar on minlərlə qaçqının yerləşdirilməsində əlavə əməkdaşlığa ehtiyac olduğunu bildirib.

Kansler Merkel qaçqın siyasətinə vahid bir yanaşma tərzi olmasının vacibliyini vurğulayıb.

Prezident Olland isə ortaq siyatələrin gücləndirilməsinə çağırıb.

Bu il Şimali Afrika sahillərindən 130 min miqrant Avropa ölkələrinə keçib. 2700 nəfərin sularda boğulduğu təxmin edilir.

Dünən BMT-nin qaçqınlar üzrə baş komissarı Avropa İttifaqına üzv ölkələri miqrant siyasətinin insanların hüquqlarının müdafiə edilməsinə yönəlməsinin vacibliyinə səsləyib.

Zeyd Rəad Əl-Hüseyin ölkələrin məsələyə yanaşma tərzlərinin narahatlıq doğurduğunu bildirib.

BMT-nin qaçqınlar komitəsi Avropa İttifaqının yeni əməliyyatlarını alqışlasa da, qəbul edilən qaçqınların nəzarət mərkəzlərinə salınmamasına çağırıb.

İtaliya və Yunanıstan artıq mühacirət nəzarətxanalarının sayını azaldıb.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG