Accessibility links

Avropa İnsan Haqları məhkəməsi Xodorkovskinin məhkəmə prosesinin ədalətli olmadığını bildirib



Avropa İnsan Haqları məhkəməsi Rusiyanın ən zəngin adamlarından biri olan Mixail Xodorkovskinin Sibir həbsxanasına göndəriləmsi ilə nəticələnmiş məhkəmə prosesinin ədalətli olmadığını bildirib.

Məhkəmə Rusiyada keçmiş neft maqnatı və müxalifət lideri Mixail Xodorkovskinin prosesi ilə bağlı problemlərin olduğu haqda qərar çıxarıb. Avropa Məhkəməsi Xodorkovski və onun biznes tərəfdaşı olan Platon Lebedevin Sibir həbsxanasına göndərilməsini qeyri-ədalətli qərar kimi qiymətləndirib.

Məhkəmənin qərarına əsasən, Rusiya məhkəmələri Xodorkovskiyə vurulmuş zərərə görə 13 min dollar maliyyə vəsaiti ödəməlidir. Eyni zamanda, Avropa İnsan Haqları Məhkəməsi Rusiya hökumətinin Xodorkovski və Lebedevə qarşı hüquqi-qaydada iş qaldırıldığını bildirib.

Xodorkovskinin vəkili Avropa məhkəməsinin qərarından razı qaldığını bildirib. Rusiyanın qərarı apellyasiya etməsi üçün üç ay vaxtı var.
XS
SM
MD
LG