Accessibility links

Avropada gənclərin 25 faizi işsizdir


Avropada gənclərin 25 faizi işsizdir
please wait

No media source currently available

0:00 0:02:39 0:00
Fransa prezidenti Frasua Olland bu yaxınlarda Parisdə keçirilən “İşsiz gənclik” sammitinə ev sahibliyi edib. "Söhbət illərdir iqtisadi böhran və işsizliklə üzləşən müasir bir nəslin gələcəyindən gedir.Bu, ümidsiz, gələcəyi qeyri-müəyyən olan bir nəsildir."

Prezident Olland deyib ki, 6 milyon gənc insan hazırda işsizdir. Bu rekord səviyyədə aşağı göstəriciyə görə Fransa prezidenti populyarlığını itirib. Çünki o, 11 faiz təşkil edən işsizlklə mübarizə apara bilməyib.

Almaniya kansleri Angela Merkel iqtisadi artımın yeni işlərin açılmasından asılı olduğunu vurğulayır. "Artım üçün əlimizdən gələni edirik. Çünki artımsız yeni iş yeri açmaq mümkün deyil. Əziyyət çəkən isə gənc nəsildir."

Berlində keçirilən iyul sammitindən öncə Angela Merkel demişdi ki, gənclərin işsizliyi Avropa İttifaqının ən böyük probleminə çevrilə bilər. Sammit 8 milyard dollarlıq yardım vədi ilə başa çatmışdı. Lakin gənclər təşkilatları bunun kifayət etmədiyini bildirir.

Cuzeppe Porkaro Brüsseldə yerləşən Avropa Gəncləri Forumunun baş katibidir.
"6 milyard avro kifayət etməz. Etibarlı iş yerlərinin təsisi 21 milyard avro tələb edir. Biz daha artıq yatırım tələb edirik."

Bir sıra təşkilatlar gənclərin işsizliyinin təkcə iqtisadi probem olmadığını deyir. Tibaut Veber Belçikada yerləşən Həmkarlar Birliyi Konfederasiyasının prezidentidir. "Biz sosial məsələr və işsizliklə mübarizə edə biləcək Avropanın daha sosial səviyyəsə olmasını istəyirik."

Avropada gənclərin işsizliyi eyni valyutadan istifadə edən 17 ölkəli avroməkanın iqtisadi uyğunsuzluğuna yol açıb. İspaniyada 25 yaşlı əhalinin yarısı, Yunanıstanda isə 60 faiz gənc işsizdir. Avropanın ən güclü iqtisadiyyata malik olan ölkəsi Almaniyada işsizlik 8 fais təşkil edir.
XS
SM
MD
LG