Accessibility links

Avropa İttifaqı Belarusa qarşı sanksiyaları gücləndirəcək


Polşanın daha çox miqrantın sərhəd keçidinə doğru hərəkət etdiyi barədə xəbərdarlıqlar və blokla avtoritar lider Aleksandr Lukaşenko hökuməti arasında kəskinləşən diplomatik mübahisə fonunda Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyalar paketini qəbul etməyə hazırlaşır.

Noyabrın 15-də Brüsseldə görüşən blokun 27 xarici işlər nazirləri Belarusa qarşı sanksiya rejiminə düzəliş edib. Belə ki, bu sanksiyalar Belarusun Polşa, Latviya və Litva ilə sərhədlərində qarşıdurmada iştirak etdiyi iddia edilən aviaşirkətlər, səyahət agentləri və şəxsləri cəzalandırmaq üçün nəzərdə tutulub.

Aktivlərin dondurulması və səyahət qadağaları ilə bağlı tədbirlərə məruz qalanların yaxın günlərdə adlarının açıqlanacağı gözlənilir.

Əsasən Yaxın Şərqdən olmaqla, Avropa İttifaqı ölkələrinə qanunsuz keçməyə çalışan minlərlə insan sərhədin Belarus tərəfində ağır şəraitdə müvəqqəti düşərgələrdə ilişib qalıb.

Belarus prezidenti Aleksandr Lukaşenko Brüsselin keçənilki mübahisəli prezident seçkilərindən sonra tətbiq etdiyi sanksiyalara cavab olaraq miqrantları öz ölkəsinə sövq etməkdə və sonra onları Polşa, Litva və Latviyaya göndərmək üçün sərhədə getmələrinə imkan verməkdə ittiham edilir.

Rusiyanın dəstəklədiyi Lukaşenko hökuməti Avropa İttifaqının ittihamlarını rədd edir və miqrantların sığınacaq üçün müraciət etməsinə icazə vermədiyi üçün bloku insan hüquqlarını pozmaqda ittiham edir.

Miqrant böhranına cavab olaraq Polşa, Latviya və Litva Belarusla sərhədlərini möhkəmləndirir. Polşa və Litvanın keçən gün sərhədi qanunsuz keçməyə cəhd edən 100-dən çox insanın qarşısının alındığını bildirib. Polşa sərhədçiləri noyabrın 15-də sərhədin o biri tərəfində olan miqrantlara səsgücləndiricilər vasitəsi ilə əmrə tabe olmadıqları təqdirdə onlara qarşı güc tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.

Polşa Müdafiə Nazirliyi tvitter səhifəsində “Belarus qüvvələri tərəfindən Kuznitsa sərhəd keçid məntəqəsinə getdikcə daha çox miqrant gətirilir” - deyə, yazıb. Yazıya əlavə edilən videoda sərhəddəki tikanlı məftillərin arxasında böyük izdihamın olduğu görmək olub.

Almaniyanın xarici işlər naziri Heiko Maas Brüsselə çatan kimi deyib ki, Lukaşenko “bizim bütün sanksiyaları qaldırmağımızı” tələb edir.

"Cavabımızı bu gün verəcəyik. Qaçqınlardan Avropa İttifaqına təzyiq vasitəsi kimi istifadə edən bu qeyri-insani sistemə cavab olaraq sanksiyaları daha da sərtləşdirəcəyik" - deyə, Maas bildirib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG