Accessibility links

Avropa İttifaqı ABŞ turistləri üçün səyahət məhdudiyyətlərini bərpa etməyi düşünür


Frankfurt, Almaniya

Avropa İttifaqı rəsmilərinin bildirdiyinə görə, son həftələr yeni yoluxma və xəstəxanalara yerləşdirilmə halları kəskin şəkildə artdığı üçün ABŞ-dan Aİ ölkələrinə gələnlərə COVID-19 səyahət məhdudiyyətlərinin bərpa edilməsinin tövsiyə ediləcəyi gözlənir.

Avropa İttifaqının səyahət siyasəti hələ də təsdiqlənmədiyindən adının açıqlanmasını istəməyən bir rəsmi jurnalistlərə bu həftə ABŞ-ın ittifaqa üzv 27 ölkə sakinlərinin karantin və test tələbləri kimi əlavə məhdudiyyətlər olmadan səyahət etdiyi "təhlükəsiz siyahı"dan çıxarıla biləcəyini deyib.

Bunu Avropa İttifaqının səyahət siyahısını hər iki həftədən bir nəzərdən keçirən Avropa Şurası tövsiyə edib. Təklif olunan məhdudiyyətlər üzv ölkələr üçün məcburi olmayacaq, çünki vahid səyahət siyasəti yoxdur və üzv ölkələr öz qaydalarını müəyyən etməkdə sərbəstdirlər.

ABŞ-ın Avropa səyahətçiləri üçün bağlı qalmasına baxmayaraq, Avropa İttifaqı iyun ayında ABŞ turistləri üçün qoyulan bir çox səyahət məhdudiyyətini qaldırmışdı.

Avropa İttifaqının "təhlükəsiz siyahı"sında son 14 gündə 100 min sakin arasında yeni yoluxma nisbəti 75-dən yüksək olmamalıdır. ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) son hesablamalarına görə, 100 min nəfərə 300-dən çox yeni yoluxma halı qeydə alınıb.

Keçən həftə yeni yoluxma hallarının sayı gündə 150 mindən yuxarı olub ki, bu da bu ilin yanvar və fevral aylarından bəri ən yüksək rəqəm olub. Fevral ayının əvvəlindən bəri COVID-19-la əlaqədar xəstəxanaya yerləşdirilənlərin də sayı 100 minə yüksəlib.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG