Accessibility links

Peyvənd vurulan amerikalılar bu yay Avropa İttifaqı ölkələrinə səyahət edə biləcək


Avropa İttifaqının yüksək səviyyəli rəsmisi yay aylarına qədər COVID-19 peyvəndi vurulan amerikalıların Avropaya səyahət edə biləcəyini və bununla mövcud səyahət məhdudiyyətlərinin yüngülləşdirməyin mümkün olacağını deyib.

Avropa Komissiyasının başçısı Ursula Von Der Leyen New York Times-a verdiyi açıqlamasında bildirib ki, ittifaqın 27 üzvü Avropa Dərman Agentliyi tərəfindən təsdiqlənmiş peyvəndlər qəbul edən insanları ölkələrinə qəbul edəcək. Agentlik ABŞ-da istifadə edilən üç peyvəndin üçünün də təsdiqləndiyini bildirib.

"Gördüyüm qədər amerikalılar Avropa Dərman Agentliyi tərəfindən təsdiqlənmiş peyvəndlərdən istifadə edirlər. Bununla onlar sərbəst hərəkət və Avropa İttifaqına səyahət edə bilər" - deyə, Von Der Leyen bildirib.

O, səyahətin nə vaxt bərpa ediləcəyi barədə heç nə deməyib. Avropa İttifaqı bir ildən çoxdur vacib olmayan səyahətləri dayandırıb.

Avropa İttifaqı ölkələri bu ay xəstəliyə qarşı peyvənd vurulan, bu xəstəlikdən tamamilə müalicə olunan və test nəticələri mənfi olan insanların daha asan səyahət etmələrini təmin etmək üçün COVID-19 səyahət vərəqələrinin işə salınması barədə razılığa gəlib.

XS
SM
MD
LG