Accessibility links

Avropa İttifaqı COVID peyvəndi üçün ortaq sistem yaratmaq istəyir


Avropa İttifaqının yüksək səviyyəli rəsmisinin dediyinə görə, üzv ölkələrin hər biri özünün COVID peyvəndi sertifikatını təqdim etsə və blokun ortaq sitem yarada bilməaməsi ilə saysız-hesabsız sistemlərlə mübarizə aparmaq məcburiyyətində qalınacaq.

Avropa İttifaqı bu yay turistlərin sərbəst səyahət etməsinə imkan vermək üçün ortaq bir rəqəmsal sistemin tətbiq edilməsinə çalışır. Lakin yeni sistemin xərcləri, məlumatları və məxfilik problemləri, texniki və tibbi aspektləri kimi məsələlər həll edilməyib.

"Siyasi cəhətdən həll edə bilsək, texniki həll vaxtında yerinə yetirilər. Əks təqdirdə çoxsaylı bir araya sığmayan milli həll yolları ilə Avropada parçalanma riski yaranacaq " - deyə, Avropa İttifaqı Ədliyyə Komissiyasının sədri Didiyer Reynders bildirib.

"Bu, üzv ölkələrdə oxunub təsdiqlənə bilməyən çox sayda sənəd deməkdir və bu, saxta sənədlərin yayılmasına səbəb ola bilər. Bu, həm virusun yayılma riskini artırar, həm də vətəndaşların inamsızlığına səbəb olar" - deyə, Reynders Avropa Parlamentində verdiyi müsahibəsində bildirib.

Turizmdən asılı olan İspaniya və İtaliya kimi Avropa İttifaqı ölkələri pandemiyanın çökdürdüyü iqtisadiyyatlarını dirçəltmək üçün yeni vasitəni ən qısa müddətdə işə salmaq istəsələr də, şimal dövlətlərlə yanaşı, Avropa İttifaqının mürəkkəb prosedurları ilə qarşılaşır.

Ortaq bir qərara gəlinmədiyi üçün Estoniya, Litva, Yunanıstan, İspaniya, Almaniya və Fransa da daxil olmaqla, bir çox ölkə öz həll yollarını axtarır.

XS
SM
MD
LG