Accessibility links

Avropa İttifaqı Pfizer-BioNTech-lə 1.8 milyard doza peyvənd üçün üçüncü müqaviləni imzalayıb


Avropa İttifaqı cümə axşamı Pfizer-BioNTech-lə bu ilin sonundan 2022-ə qədər istifadə ediləcək COVID-19 peyvəndinin əlavə 1.8 milyard dozası üçün üçüncü müqaviləni imzaladığını bildirib.

Twitter hesabında verdiyi açıqlamada yeni müqaviləni elan edən Avropa Komissiyasının rəhbəri Ursula Von Der Leyen müqaviləyə hazırkı peyvəndin və koronavirus variantlarına uyğunlaşdırılmış serumun 900 milyon dozasının alışının və əlavə olaraq 900 milyon doza almaq imkanının daxil olduğunu bildirib.

Müqavilədə Avropa İttifaqına üzv dövlətlərə artıq qalan dozalarını aşağı gəlirli ölkələrə ianə etmək üçün Ümumdünya Səhiyyə Təşkilatının dəstəklədiyi peyvənd tənzimləyicisi COVAX-a verməsinə imkan yaradan müddəa da yer alıb.

Avropa İttifaqının səhiyyə üzrə komissarı Stella Kiriakides müqaviləni müzakirə etmək üçün keçirilən virtual mətbuat konfransı zamanı deyib ki, razılıq gələcəyi və immun sistemini gücləndirmək üçün əlavə peyvəndlərə ehtiyacı nəzərə almaqla imzalanıb. O, həmçinin COVID-in yeni variantlarına qarşı müdafi yollarını da axtardıqlarını bildirib ki, Pfizer peyvəndi bu müdafiəni təmin etdiyini sübut edib.

Avropa İttifaqı 2.6 milyard dozaya qədər peyvənd almaq üçün qərbin altı peyvənd istehsalçısı ilə müqavilə imzalayıb.

Kiriakides deyib ki, Avropa İttifaqının peyvəndləmə prosesində əldə etdiyi nailiyyətləri onu yay aylarına nikbin baxmağa şövq edir.

"Yanvar ayında həftədə bir neçə yüz minlə müqayisədə hazırda Avropa İttifaqında həftədə 20 milyondan çox peyvənd tətbiq edilir və istehsal və tədarük sürətləndikcə bu say artmaqda davam edəcək" - deyə, Kiriakides bildirib.

Kiriakides bu günə qədər Avropa İttifaqında yetkin yaşlı əhalinin 40 faizinə peyvəndin azı bir dozasının, 17 faizinə isə tam dozanın vurulduğunu deyib.

XS
SM
MD
LG