Accessibility links

Aİ İtaliya ilə Rusiya arasındakı Sputnik-V peyvəndinə dair razılığa qarşıdır


Avropa İttifaqının rəsmiləri İtaliyanın Rusiyanın koronavirusa qarşı Sputnik-V peyvəndi istehsalına dair əldə etdiyi razılığa görə hiddətlənib və Rusiya peyvəndinin blokda istifadəsinin təsdiqləmədiyi barədə xəbərdarlıq edib.

Bu həftənin əvvəlində əldə edilən razılıq Avropa İttifaqı, Avropa Dərman Agentliyi (EMA) rəhbəriliyi və Rusiya rəsmiləri arasında kəskin mübahisəyə səbəb olub. Avropa İttifaqı üzv ölkələri Sputnik üçün icazə sənədlərini təcili olaraq ləğv etməyə çağırıb, əks halda bunun ictimai sağlamlığa “Rus ruletkası” oyunu olacağını deyib.

Lakin koronavirus peyvəndlərinin çatışmazlığından yorulan Macarıstan da daxil olmaqla, bir neçə üzv ölkə və İtaliya peyvənd proqramını sürətləndirməyə çalışır. Səhiyyə Nazirinin Avropa İttifaqının təsdiqi olmadan Sputnik peyvəndinin ölkədə tətbiq olunmayacağını deməsinə baxmayaraq, İtaliya bu addımı atıb.

Avropa İttifaqına üzv dövlətləri agentliyin peyvəndi lazımi şəkildə nəzərdən keçirənədək Sputnikdən istifadə etməməyə çağıran Avropa Dərman Agentliyinin nümayəndəsi Krista Virtumer-Hoçemin dediklərinə Moskva kəskin cavab verib. Peyvəndin istehsalçıları ondan üzr istəməyi tələb edib, Kreml Virtumer-Hoçemin şərhlərini "təəssüf doğuran" adlandırıb.

Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov Sputnikin inkişafını maliyyələşdirən dövlətə məxsus Rusiya Birbaşa İnvestisiya Fondu ilə İtalyan-İsveçrə şirkəti Adienne Pharma & Biotech arasında imzalanan müqavilənin İtaliyada peyvənd çatışmazlığını aradan qaldıra biləcəyini deyib.

XS
SM
MD
LG