Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri münasibətləri yenidən qurmaq məqsədi ilə prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün çərşənbə axşamı Türkiyəyə səfər edəcək.
Avropa Şurası prezidenti Çarlz Mişel və Avropa Komissiyasının rəhbəri Ursula Von Der Leyen son zamanlar yaşanan gərginliyi azaltmaq və Türkiyə ilə əməkdaşlıq üçün çərşənbə Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Avropa İttifaqı mühacirlər və qaçqınlar üçün qapısını açan Türkiyə ilə 2016-cı ildə əldə edilən razılığı davam etmək istəyir. İstanbulda yerləşən Edam Araşdırma Təşkilatının analitiki Sinan Ülgen Ankaranın razılığı qiymətindən asılı olaraq davam etdirmək istədiyini deyib.
"Belə görünür, Türkiyə hökuməti bu müqaviləni Avropa İttifaqı ilə keçmişdə əldə edilən maliyyə paketinə uyğun mexanizmin qurulması şərti ilə uzatmaq istəyir. Bundan əlavə Avropa İttifaqı gömrük sazişinin modernləşdirilməsi və vizaların liberallaşdırma prosesinin canlandırılması ilə bağlı danışıqlara da icazə verəcək," - deyə, Ülgen bildirib.
Mişel və Von Leyen Ərdoğana Avropa İttifaqının ötən ay keçirdiyi sammitinin mesajını çatdıracaq: Hər hansı güzəşt Türkiyənin Avropa İttifaqının üzvü olan Yunanıstanla davam edən danışıqlara bağlı olacaq.
Müzakirələrin məqsədi əhəmiyyətli enerji ehtiyatlarına sahib olduğu düşünülən Egey və Aralıq dənizindəki ərazilərə nəzarətlə bağlı mübahisəyə son qoymaqdır.
Lakin Türkiyədəki insan haqları məsələsinin çərşənbə axşamı keçiriləcək müzakirələrdə əsas məsələlər sırasında olacağı gözlənilmir.