Accessibility links

Avropa İttifaqının liderləri Türkiyəyə yeni təkliflər edir


Ölkədəki demokratik geriləmə və Aralıq dənizindəki enerji ambisiyaları ilə bağlı narahatlıqlarına baxmayaraq, Avropa İttifaqının liderləri cümə axşamı Türkiyəyə miqrasiya və ticarət sahəsindəki əməkdaşlığı inkişaf etdirmək üçün yeni təkliflər edib.

Son vaxtlar Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın barışıq tonundan istifadə edən liderlər nisbi sakitlik davam etdiyi təqdirdə "Avropa İttifaqının bir sıra sahələrdə əməkdaşlığı artırmaq üçün Türkiyə ilə ortaq maraqlar olan sahələrdə mərhələli, müvafiq və ikitərəfli" əməkdaşlıq etməyə hazır olduğunu deyib.

Buraya gömrük razılaşmalarının "modernləşdirilməsi üçün mandat", pandemiya, iqlim dəyişikliyi, terrorizmlə mübarizə və regional məsələlər kimi mövzularda gələcəkdə "yüksək səviyyəli dialoqlar"a başlanması və insanlar arasında təmaslar və hərəkətlilik mövzusunda əməkdaşlığın gücləndirilməsi" daxildir.

Avropa İttifaqıl ilə Türkiyə arasındakı "gömrük birliyi" müqaviləsi birliyə üzv olan 27 ölkəyə daxil olan Türkiyə mallarının və məhsullarının əksəriyyətinə rüsumları qaldırsa da, Ankaradakı hökumətin istədiyi kimi işləməyib.

Liderlər eyni zamanda, Avropa İttifaqının icra orqanı olan Avropa Komissiyasına 2016-cı ildə Avropa İttifaqı ilə Türkiyə arasındakı miqrant müqaviləsini genişləndirərək, Türkiyədə, habelə İordaniya və Livandakı 4 milyon suriyalı qaçqının maliyyələşdirilməsinə yardım yollarının araşdırılmasına dair göstəriş verib.

Bu müqavilə Yunan adalarına gələn miqrantların sayını 2015-ci illə müqayisədə kəskin şəkildə azaltdı. Həmin zaman yüzlərlə miqrant Avropa sahillərinə keçmişdi. Razılığa əsasən Avropa İttifaqı Suriyadan olan qaçqınlara yardım etmək və insanların Türkiyədən Avropaya getməsinin qarşısını almaq üçün Ankaraya 6 milyard avro (7,1 milyard dollar) təklif edib.

Avropa İttifaqı bu razılaşmanın saysız-hesabsız insanın həyatını xilas etdiyinə, insanların Egey dənizini keçərək Lesbos və Samos kimi Yunan adalarına keçmək cəhdlərinin qarşısını aldığına və Türkiyədəki qaçqınların həyatını yaxşılaşdırdığına inanır.

Avropa İttifaqı liderləri Türkiyə ilə ittifaq arasında əlaqələrdəki irəliləyişi iyun ayında keçiriləcək görüş zamanı yenidən qiymətləndirəcəklərini deyib.

XS
SM
MD
LG