Accessibility links

Avropa İttifaqına üzv ölkələr səyahət məhdudiyyətlərini yüngülləşdirə bilər


Avropa İttifaqı çərşənbə günü bloka daxil olmayan ölkələrdən peyvəndin tam dozasını almış ziyarətçilərə üzv ölkələrə gəlmələrinə icazə verilməsini tövsiyə edəcəyini bildirib.

Avropa Komissiyasının sözçüsü Kristian Viqand Brüsseldə jurnalistlərə verdiyi açıqlamasında Avropa İttifaqına üzv 27 ölkənin bütün insanların səyahət edə biləcəyi təhlükəsiz bir ölkə kimi qəbul edilməsi meyarlarını azaltmağa razı olduqlarını söyləyib.

Hal-hazırda COVID-19-a yoluxma nisbətinə görə yalnız yeddi ölkə təhlükəsiz sayılır.

Avropa İttifaqı keçən il epidemiyanın qarşısını almaq üçün sərt tədbirlər görmüşdü. Lakin bloka üzv ölkələrin səfirləri dünyada daha çox insanın peyvənd olunduğuna və turizm mövsümünün yaxınlaşdığına görə qeyri-rəsmi səyahətlərə qoyulan məhdudiyyətlərin çoxunun aradan qaldırılmasının lazım olduğunu deyir.

Viqandın dediyinə görə, təsdiqlənmiş yeni təlimatlara əsasən səyahətçilər Avropa İttifaqı tərəfindən təsdiqlənmiş peyvəndlərin bütün dozalarını aldıqlarını sübut etməlidirlər. O, eləcə də virusun yenidən yayılmağa başlayan ölkələrdən gələnlər üçün sərhədləri bağlamasına imkan verən "fövqəladə əyləc" planı hazırlanmasına çağırıb.

Avropa İttifaqı ölkələri bu planı təsdiqləmədikləri üçün mətbuat katibi sərhədlərin nə zaman açılacağı barədə dəqiq tarix deməyib. Lakin Avropa İttifaqına üzv ölkələrin nazirlərinin bu təklifi rəsmi olaraq qəbul edəcəyi və cümə günü "təhlükəsiz" ölkələrin tam siyahısını açıqlayacağı gözlənilir.

Avropa İttifaqı rəsmiləri The New York Times qəzetinə yeni qaydaların gələn həftə qüvvəyə minə biləcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG