Accessibility links

Avropa İttifaqı Yaponiya ilə ticarət razılığı imzalayıb


Avropa İttifaqı Yaponiya ilə ticarət razılığı imzalayıb. Avropa Şurasının prezidenti Donald Task bunu beynəlxəlq siyasətin qaranlığında "işıq" adlandırıb. Yeni razılığa əsasən yapon mallarının tarifləri 90 faiz azalır. Buraya avtomobillər, elektron mallar, pendir, şərab və donuz əti kimi kənd təsərrüfatı malları daxildir.

Biz dünyanı qanunlara, azadlıqlara, şəffaflığa əsalanaraq müdafiə edəcəyik

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və Yaponiyanın baş naziri Şinzo Abenin iştirak etdiyi imzalama mərasiminə Task da qatılıb.

"Biz-Yaponiya və Avropa İttifaqı məsuliyyətliyik. Biz dünyanı qanunlara, azadlıqlara, şəffaflığa əsalanaraq müdafiə edəcəyik. Siyasi parametrlər bu gün dünənlə və ya 2 ay bundan əvvəllə müqayisədə daha aydın görünür"- deyə, Task bildirib.

Task deyib ki, siyasi qeyri-müəyyənlik, tarif müharibəsi, aqressiv ritorikalar, səbirsizlik ticarət razılıqlara deyil, bizim işimizə təhlükədir.

Razılıq 4 illik müddətdən sonra yekunlaşdırılıb və sənəd 2019-cü ildə qüvvəyə minəcək.

XS
SM
MD
LG