Accessibility links

Avropa İttifaqı Britaniya ilə Brexit danışıqlarında irəliləyiş əldə etməyib


Cümə axşamı Avropa İttifaqının Brexit vasitəçisi deyib ki, Britaniyanın 2019-cu ildə Aİ-dan ayrılması ilə bağlı danışıqların beşinci raundunda çox az irəliyiş əldə olunub və o hələ ki, ticarət ilə bağlı danışqlara keçməyi məsləhət görə bilməzlər.

Mişel Barnier deyib ki, bu həftə Brüsseldə keçirilən danışıqlarda sərgilənən “konstruktiv ruh”a baxmayaraq, “biz böyük irəliləyişlər əldə etməmişik.” Britaniyanın maliyyə öhdəliklərini yerinə yetirmək üçün nə qədər pul ödəməli olduğuna dair suala o, “biz çıxılmaz vəziyyətdəyik, bu isə bizi çox narahat edir”, deyə cavab verib.

Ümid edirəm ki, üzv ölkələr bizim əldə etdiyimiz irəliyəşi görəcək və növbəti addımı atacaq.
Deyvid Deyvis

Barnier deyib ki, o gələn həftə Aİ liderlərinin görüşündə “yetərli irəliyəişn” əldə olunduğunu söyləyərək, Avropa İttifaqı ilə Britaniya arasında ticari əlaqələr kimi digər əlaqələrin müzakirə olunması tövsiyyə edə bilməz.

Liderlər oktyabrın 19 və 20-də Brüsseldə görüşəcək. Ümid olunurdu ki, o zaman qədər danışıqları genişləndirmək üzərində razılıq əldə olunacaq.

Avropa İttifaqı isə bunun təkcə maliyyə müqavilələri, Brexitin təsirinə məruz qalan vətəndaşların haqları və Şimali İrlandiya ilə İrlandiya sərhədinin statusu kimi məsələlərlə bağlı irəliləyiş əldə olunduğu təqdirdə mümkün olacağını deyib.

Lakin Britaniya bildirir ki, bu məsələlərlə onların gələcəkdəki münasibətləri bir-birinə bağlı olduğu üçün, onlar birlikdə müzakirə olunmalıdır.

“Ümid edirəm ki, üzv ölkələr bizim əldə etdiyimiz irəliyəşi görəcək və növbəti addımı atacaq”, deyə Britaniyanın Brexit nümayəndəsi Deyvid Deyvis müxbirlərə bildirib.

Barnier deyib ki, tərəflər Aİ liderlərinin dekabrda keçiriləcək görüşünədək “kifayət qədər irəliləyiş” əldə etməyə çalışacaqlar.

Britaniya Avropa İttifaqını 2019-cu ilin mart ayında tərk etməlidir, lakin danışıqlar bir il öncə bitməlidir ki, ittifaqa üzv ölkəlrin milli parlamentləri Brexit razılığını təsdiq edə bilsin.

Barnier heç bir razılıq əldə etmədən ayrılmağın “çox pis razılıq” olacağını deyib.

XS
SM
MD
LG