Accessibility links

Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclası başlayır


Dekabrın 9-da Brüsseldə Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclası keçiriləcək.

Bu barədə Xarici İşləazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə , iclasda Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

Avropa İttifaqını hazırda Avropa İttifaqının sədri qismində çıxış edən Litva Respublikası və Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Avropa Komissarı Ştefan Füle təmsil edəcək.

Rotasiya prinsipi üzrə hazırkı iclasa Azərbaycan sədrlik edəcək.

İclas zamanı Ermənistan-Azərbaycan münaqişəsi, enerji və nəqliyyat sahəsində əməkdaşlıq, Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq, Avropa İttifaqının yardım proqramlarının və gələcək əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG