Accessibility links

Avropa İttifaqına üzv daha iki ölkə Liviyaya hərbi məsləhətçilər göndərəcəyini bəyan edib


Avropa İttifaqına üzv daha iki ölkə Liviyaya hərbi məsləhətçilər göndərəcəyini bəyan edib
Avropa İttifaqına üzv daha iki ölkə Liviyaya hərbi məsləhətçilər göndərəcəyini bəyan edib

Avropa İttifaqına üzv daha iki ölkə Britaniya ilə bərabər Liviyanın rəqib döyüşçülərinə yardım məqsədi ilə Liviyaya hərbi məsləhətçilər göndərəcəyini bəyan edib. İtaliyanın müdafiə naziri İqnazio La Russa deyib ki, 10 nəfərdən ibarət instruktor dəstəsi döyüşçülərə yardım edəcək. Bundan əvvəl Fransa Liviyaya hərbi məsləhətçilər gözndərəcəyini élan etmişdi. Bunlarla yanaşı Fransa prezidenti Nikola Sarkozi Parisdə rəqib qüvvələrin keçid şurasının rəhbəri Mustafa Əbdel Cəlillə gğrüşüb. Görüşdən sonra cənab Cəlil bildirib ki, o, Fransa prezidentini rəqib qüvvələrin istehkamı olan Benqazi şəhərinə dəvət edib. ABŞ hökuməti də Liviya müxalifətini 25 milyon dollarlıq qeyri-hərbi yardımla təmin etməyi planlaşdırır.

XS
SM
MD
LG