Accessibility links

Avropa Komissiyası Kataloniyadakı qarşıdurmaya 24 saat sonra münasibət bildirib


Avropa Komissiyası İspaniyanın Kataloniya regionunun referendumu zamanı baş verən qarşıdurmaya 24 saat sonra münasibət bildirib.

Bu gün açıqlanan bəyanat Kataloniya separatistlərinin qəzəbinə səbəb olub.

Bəyanatda bildirilib ki, biz tərəfləri qarşıdurmadan dialoq yoluna keçməyə çağırır və hesab edirik ki, zorakılıq heç vaxt siyasət aləti olmayıb.

Avropa Komissiyası İspaniyanın mərkəz-sağçı baş naziri Mariano Rajoya dəstək bildirərək, onun konstitusiya və vətəndaşların hüquqlarına ehtiram göstərməklə, bu çətin prosesdən çıxış yolu tapacağına ümidini ifadə edib.

Qarşıdurmalar 800-dən çox adamın xəsarət alması ilə nəticələnib. Polis insanlara qarşı rezin gülllərdən istifadə edib.

Rəsmi Madrid referendumu “fars” kimi qiymətləndirərək, səsverməni qeyri-qanuni adlandırıb.

Referendumun nəticələri 24 saat ərzində elan ediləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG