Accessibility links

Kataloniya regionundan bir qrup lider məhkəmədə sualları cavablandırıb


İspaniyanın Kataloniya regionundan bir qrup lider bu gün iki Madrid məhkəməsində Kataloniyanın müstəqillik əldə etməsi üçün üsyan və pul mənimsənilməsi halları ilə əlaqədar sualları cavablandırıb.

Lakin onların arasında bu həftəni Brüsseldə keçirən və məhkəmənin çağırışlarına məhəl qoymayan Karles Pucdemont olmayıb.

Pucdemont ona qarşı irəli sürülən ittihamları siyasi motivli adlandıraraq onları rədd edib və yalnız qanuni proses qərəzsiz və ədalətli olduğu halda İspaniyaya qayıdacağını bildirib.

Pucdemontun məhkəməyə gəlməməsi onun həbs edilərək geri gətirilməsinə gətirib çıxara bilər.

Oktyabrın 1- i müstəqillik referendumunun keçirilməsinə və onun ardınca qanunvericilərin müstəqillik elan etməsinə cavab olaraq İspaniyanın mərkəzi hökuməti ötən həftə Kataloniyaya nəzarəti ələ alıb və regional parlamenti buraxıb.

Ötən həftə Kataloniyanın muxtariyyətinin ləğvi, dekabrda regionda növbədənkənar seçkilərin keçirilməsinə səbəb olub.

XS
SM
MD
LG