Accessibility links

ÜST: Yaşlı avropalılar arasında COVID-19-a yoluxma və ölüm halları ən aşağı səviyyədədir


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) rəsmisinin dediyinə görə, pandemiya başlayandan bəri 80 və daha yuxarı yaşlı avropalılar arasında COVID-19-a yoluxma halları azalır və ölüm nisbəti ən aşağı səviyyədədir.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Kluqe cümə axşamı Afinada keçirilən virtual brifinq zamanı qitədə yaşlılara üstünlük verən peyvənd proqramlarının inkişafını yüksək qiymətləndirib.

Lakin Kluqe bunun Avropanın COVID-19-la üzləşdiyi ciddi problemlər arasında yeganə müsbət hal olduğunu deyib. O, regionda bir həftədə 1,6 milyon, saatda isə 9500-dən çox yeni yoluxma halının qeydə alındığını bildirib. Ötən həftə Avropada pandemiya başladığından bəri ölüm halları bir milyonu keçib.

ÜST-ün Avropa üzrə regional direktoru Hans Kluqe
ÜST-ün Avropa üzrə regional direktoru Hans Kluqe

ÜST-ün regional direktoru Fransadakı reanimasiya xəstələrinin keçən ilin bu dövründən bəri ən yüksək səviyyəyə çatdığını və xəstəxanalardakı reanimasiya bölmələrində yer olmadığını deyib.

Kluqe bir neçə ölkədə virusa yoluxma hallarında azalma müşahidə edildiyini bildirib, lakin bu azalmanın aşağı göstəricilərdə olmadığını vuröulayıb.

O, yoluxmaların yayılmasının qarşısıpnı almağın yeganə yolunun sosial məsafə saxlamaq kimi məhdudiyyətlərə ciddi riayət və COVID-19 peyvəndi olduğunu deyib.

Kluqe AstraZeneca peyvəndi tətbiq edilən az sayda insanda qan laxtalanması ilə bağlı narahatlıqlarını da dilə gətirib. O, ÜST-ün, Peyvənd Təhlükəsizliyi üzrə Qlobal Məsləhət Komitəsinin və peyvənd mütəxəssislərinin hadisələrlə bağlı dəlilləri nəzərdən keçirməyə davam etdiklərini və bütün üzv dövlətləri peyvənddən sonra baş verən mənfi təsirlər barədə məlumat verməyə çağırdığını bildirib.

XS
SM
MD
LG