Accessibility links

Avropa komissarı: Avropa İttifaqı Azərbaycanla viza rejiminin liberallaşdırılması məsələsinə baxmağa hazırdır


Şengen vizası
Şengen vizası

Avropa İttifaqının qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Vareli hesab edir ki, Avropa İttifaqı Azərbaycanla viza rejiminin liberallaşdırılması məsələsinə baxmağa hazırdır.

Vareli bu barədə Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin videokonfransının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib, xəbəri Schengen VisaInfo.com yayıb.

Avropa İttifaqının qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Vareli
Avropa İttifaqının qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Vareli

Komissar qeyd edib ki, yaxın günlərdə Şərq Tərəfdaşlığı ölkələrindən, o cümlədən Azərbaycandan Avropa İttifaqına vizasız səyahət xahişinə baxıla bilər.

“Bizim meyarlarımız və şərtlərimiz məlumdur. Belə bir xahişlə bizə müraciət etsələr, əlbəttə ki, buna baxacağıq”, deyə Vareli bildirib.

Onun sözlərinə görə, “Şərq Tərəfdaşlığı Avropa üçün” əsas prioritetlərdən biridir və hər zaman belə qalacaq.

Öz növbəsində Avropanın ali nümayəndəsi Jozep Borell elə həmin mətbuat konfransında deyib:

“Bu gün biz Şərqdəki tərəfdaşlarımıza çətin zamanlarda belə bizə güvənə biləcəklərini aydın şəkildə çatdırdıq. Eyni zamanda, biz gələcəyə birgə baxmalı və bu münasibətləri, tərəfdaşlığın gələcək nəticələrini necə ən yaxşı şəkildə formalaşdırmalı olduğumuzu düşünməliyik”, deyə Borell qeyd edib.

Videokonfransın əsas məqsədi koronavirus pandemiyası dövründə birgə addımları, Avropa İttifaqının Şərq Tərəfdaşlığı regionunda koronavirusun nəticələrinin aradan qaldırılmasına yardımının həyata keçirilməsi məsələlərini müzakirə etməkdən ibarət idi.

Bir müddət əvvəl Avropa Şurası viza rejiminin liberallaşdırılmasında Şərq Tərəfdaşlığı ölkələrinin vizaların liberallaşdırılması üzrə mövcud fəaliyyət planına və readmissiya haqqında sazişə riayət etməsinin həyati əhəmiyyət kəsb etdiyini bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG