Accessibility links

Avropa Komissiyası avrozona iqtisadiyyatının gələn il artacağını gözləyir


Avropa Komissiyası avrozona iqtisadiyyatının gələn il artacağını gözləyir
please wait

No media source currently available

0:00 0:01:39 0:00

Avropa Komissiyası mayın 7-də avrozonanın iqtisadiyyatının gələn il 2019-cu ildə müşahidə olunan zəifləmədən sonra artacağını, işsizliyin daha da azalacağını bildirib.

Avropa İttifaqının icraedici qolu Avropa İttifaqının 28 ölkəsi ilə bağlı rüblük iqtisadi gözləntilərində bildirib ki, avrozonanın ümumi daxili məhsulu bu il 1.2 faiz artacaq. Bu isə fevralda müşahidə olunun 1.3, 2018-ci ildəki isə 1.9 faizlik artımdan daha azdır. Lakin ÜDM-nin artımının 2020-ci ildə 1.5-dək artacağı gözlənilir.

Avrodan istifadə edən 19 ölkədə işsizlik səviyyəsinin gələn il 7.7 faizdən 7.3-dək azalacağı təxmin edilir.

Avrozonada inflasiyanın Avropa Mərkəzi Bankının hədəfindən aşağıda qalacağı gözlənilir, çünki gələn il daha sürətli iqtisadi artımın olacağına baxmayaraq, qiymətlər bu il olduğu kimi sadəcə 1.4 faiz artacaq.

Avropa Mərkəzi Bankı avrozonada inflasiyanın bu il 1.2 faiz, 2020-ci ildə isə 1.5 faiz olacağını təxmin edir. Mərkəzi Bank artıq iqtisadiyyata yardım məqsədilə banklara yenidən çox ucuz kreditlər vermək planını açıqlayıb.

Avropa İttifaqının icraçısı təxmin edir ki, siyasət dəyişikliyi olmasa, İtaliyada defisit bu il Ümumi Daxili Məhsulun 2.5, 2020-ci ildə isə 3.5 faizini təşkil edəcək ki, bu da Avropa İttifaqının 3.0 faizlik həddindən daha yüksəkdir.

Komissiya bildirib ki, faiz dərəcələri yenidən artsa, İtaliyadakı maliyyə vəziyyəti pisləşə, lakin xərclər azalsa və gələn il planlaşdırılan satış vergisi tətbiq olunsa vəziyyət yaxşılaşa bilər.

XS
SM
MD
LG