Accessibility links

Qərbi Avropa ölkələri koronavirusun ikinci dalğası ilə mübarizəyə qalxıb


Qərbi Avropa dövlətləri cəmi bir neçə həftə və ya ay əvvəl qaldırdıqları pandemiya məhdudiyyətlərini yenidən tətbiq edərək, ikinci koronavirus idalğasının qarşısını almağa çalışır. Lakin hökumətlər yenidən məhdudiyyətlər tətbiq edərək, iqtisadi vəziyyətlərini daha da ağırlaşdırmamaqda qərarlı olduqlarını deyirlər.

Ən böyük sual isə bunun mümkün olub-olmamasıdır.

Altı nəfərdən çox insanın bir yerdə toplanmasını qadağan edən və buna riayət etməyənlərə qarşı cərimələr təhdid edən Britaniyadan tutmuş, məhdudiyyətlər tətbiq edilən Madridə qədər - məktəbləri açıq saxlamaq və insanların işə getmələrini istəyən rəsmilər həyəcanverici ikinci dalğanın qarşısını almaq üçün mübarizə aparır.

Avropa paytaxtlarının rəsmiləri karantinin ictimaiyyətdən asılı olacağını deyirlər. Onlar sosial məsafə qaydalarına daha yaxşı riayət edilməsi və maska taxmağa daha diqqətlə yanaşıldığı təqdirdə yoluxma dalğalarının qarşısı alına və ya heç olmasa yavaşıdılacağına ümid edirlər.

"Genişmiqyaslı məhdudiyyətlərin həyata keçirilməsini istəmiriksə, bunu hamı qaydalara riayət edərsə edə bilərik" - deyə, Böyük Britaniyanın səhiyyə naziri Matt Hankok bildirib.

Hankok "ümummilli qapanmaların qarşısı qaydaları pozanlardan ibarət azlıq davranışını dəyişərsə alına bilər" deyib. O, insanları qaydaları pozan hər kəs barədə polisə xəbər verməyə çağırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG