Accessibility links

Avropa artan işsizliyin qarşısnı almağa çalışır


Avropa geniş dövlət dəstəyi proqramı ilə pandemiya səbəbindən artan işsizliyin qarşısını alsa da, işçilər və kiçik biznes sahibləri arasında geniş yayılmış iqtisadi böhran və narahatlıqları gizli saxlamaq mümkün deyil.

Əvvəlcə yaxşı xəbər: Avro istifadə edən 19 ölkədə işsizlik nisbəti may ayında artmağa başlayıb. Cümə axşamı açıqlanan rəsmi məlumata görə bu rəqəm 7.3 faizdən 7.4 faizə qalxıb. Hökumətlər virusun yayılmasının işçilərə təsirini azaltmaq üçün əmək bazarına dəstək proqramlarından istifadə edib. Müqayisə üçün - ABŞ-da işsizlik 13,3 faizə çatıb.

Avropa hökumətləri işçilərin əmək haqqının bir hissəsini şirkətlərə işçiləri işdən çıxarmamaq qarşılığında ödəyir. Hökumətlər həmçinin işəgötürənlərə bir sıra kredit və digər yardımlar verir.

Hökumətlərin dəstək proqramlarından Avropa daxilində işsizliyin artmaması üçün istifadə olunur. Avrozonanın ən böyük iqtisadiyyatı olan Almaniyada iyun ayında 6.7 milyon insanın əmək haqqı dəstək proqramlarından ödənilib. Proqrama əsasən qısa saatlar işləyən işçilərə, ya da heç işləməyənlərə maaşlarının ən azı 60 faizi ödənməlidir.

Əmək haqlarına yardım şirkətlərə ona görə edilir ki, onların hazırkı iqtisadi çətinlikdə heç bir günahı yoxdur. Dünya ölkələri koronavirusun yayılmasının qarşısını almaq üçün iş, səyahət və ictimai həyatı məhdudlaşdırmaq məcburiyyətində qalıb.

İdeya bərpa işlərini dəstəkləməkdir, belə ki, şirkətlər işçilərini saxlayacaq və işə yeni işçilər götürməli, onlara təlimlər verməli olmayacaq.

XS
SM
MD
LG