Accessibility links

Avropada koronavirusla bağlı son durum


Avropada koronavirusun episentri olan İtaliyada şənbə gününədək 10 mindən çox insanın öldüyü bildirilib. Bu ölkədə 92 mindən çox insan virusa yoluxub.

İtaliyanın baş naziri Cuzeppe Konte şənbə günü axşam verdiyi açıqlamasında bildirib ki, 1400-dən çox adam artıq sağalıb.

Cuzeppe Konte
Cuzeppe Konte

O, bələdiyyə proqramı əsasında yaradılan həmrəylik fonduna 4.8 milyard dollar əlavə edildiyini və merlərin azgəlirli və yoxsul ailələlərə yaxın zamanda ərzaq kuponları paylayacağını bildirib. İtalyanların əksəriyyətinin gəlirləri kəskin şəkildə azalıb.

Bələdiyyələr onlara ayrılan vəsaitləri ərzaq, dərman və lazımi ehtiyaclara sərf edəcək.

Konte deyib ki, koronavirusa yoluxma hallarının azalmasına görə məktəblər cümə günü açıla bilər.

İspaniya
İspaniya

İspaniyada şənbə günü 832 nəfərin həyatını itirməsi ilə ölənlərin sayı 5690 nəfərə çatıb.

Fransada isə 37575 yoluxma, 2314 ölüm halı qeydə alınıb. Son 24 saat ərzində 319 nəfər həyatını itirib.

Digər Avropa ölkələri ilə müqayisədə Almaniyada ölüm göstəriciləri nisbətən aşağı olub. Bu ölkədə şənbə günü ölüm halları 1% azalaraq, 397 olub. 53340 adam virusa yoluxub.

XS
SM
MD
LG