Accessibility links

Avropa Məhkəməsi AXCP-nin şikayətinin araşdırılmasına başlayıb


Avropa məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) şikayətini araşdırmağa başlayıb. Şikayət partiyanın təsis sənədlərinə edilmiş dəyişikliklərin Ədliyyə Nazirliyində qeydiyyata alınmaması ilə bağlıdır.

Bu barədə ihmaz.org saytı məlumat yayıb.

Bu işin hallarına görə, 2015-ci ilin fevral ayında ərizəçi partiyanın sədri Əli Kərimli sədr müavini Razi Nurullayevin tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edib. 2015-ci ilin sentyabr ayında partiyanın qurultayı keçirilib, qurultay Kərimlini yenidən partiyaya sədr seçib və partiyanın əsas rəhbər orqanlarının üzvlərini təsdiq edib.

“Ərizəçi partiya həmin dəyişikliklərin qeydə alınması üçün Ədliyyə Nazirliyinə müraciət edib, ancaq nazirlik qeydiyyat sənədlərini geri qaytarıb. Nazirlik qeyd edib ki, nazirliyə eyni məzmunlu başqa bir müraciət daxil olub. Həmin müraciətə əsasən, 2015-ci ilin oktyabrında həmin partiyanın başqa bir qurultayında (Etimad Qurultayı) Nurullayev partiya sədri vəzifəsinə seçilib,” məlumatda deyilir

Bundan sonra ərizəçi partiya Ədliyyə Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb, bildirib ki, “etimad qurultayı” cənab Nurullayev də daxil olmaqla, partiya üzvlüyü ləğv edilmiş şəxslər tərəfindən təşkil edilib.

Ərizəçi partiya məhkəmədən xahiş edib ki, 2015-ci ilin sentyabrında çağırılan qanuni qurultayda qəbul edilmiş dəyişikliklərin qeydiyyata alınmasını Ədliyyə Nazirliyinin üzərinə vəzifə qoyan qərar qəbul etsin.

Məhkəmələr ərizəçi partiyanın mübahisə mövzusu olan hadisə ilə bağlı hər hansı sənəd təqdim etməməsini, məhkəmənin özünün qurultayı qeyri-legitim saymasının mümkün olmadığını və Ədliyyə Nazirliyinin iki qurultaydan hansının qanuni olmasını müəyyən etmə öhdəliyinin olmadığını əsas göstərərək, iddianı rədd edib.

Ərizəçi partiya AİHM qarşısında şikayət edir ki, yerli hakimiyyət orqanları legitim qurultayında qəbul edilmiş dəyişiklikləri qeydə almamaqla, onun Konvensiyanın 11-ci maddəsində nəzərdə tutulmuş birləşmək azadlığı hüququnu pozub. Ərizəçi partiya həmçinin Konvensiyanın 11-ci maddəsi ilə birlikdə götürülməklə 13-cü maddə (səmərəli hüquqi müdafiə vasitələri hüququ) üzrə şikayət edir ki, daxili məhkəmələr partiyanın ciddi və əsaslı arqumentlərini nəzərə almadığı və təqdim edilmiş sübutları qiymətləndirə bilmədiyi üçün onun effektiv hüquqi müdafiə vasitələrinə malik olmaq hüququ pozulub.

Ərizəçi partiya son olaraq, Konvensiyanın 11-ci maddəsi ilə birlikdə götürülməklə 18-ci maddəyə (hüquqlarla bağlı məhdudiyyətlərin hədləri) əsasən şikayət edir ki, Ədliyyə Nazirliyinin təsis sənədlərinə edilmiş dəyişiklikləri qeydə almaqdan imtina etməsi partiyaya qarşı təqib siyasətinin tərkib hissəsidir.

Ərizəçi partiya xüsusilə qeyd edib ki, onun fəalları sistematik şəkildə həbs edilir, siyasi səbəblərə görə mühakimə olunur və partiyanın lideri cənab Kərimlinin ölkədən çıxışına qeyri-qanuni yasaq qoyulub.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG