Accessibility links

Avropa Məhkəməsi Azərbaycana qarşı 30 şikayətlə bağlı araşdırmaya başlayıb


Avropa məhkəməsi
Avropa məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilən, baxılmasını gözləyən 2000-dən artıq şikayətin 30-nu araşdırmağa başlayıb. Bu barədə hüquqşünas Xalid Ağaliyev facebook səhifəsində yazıb.

Şikayətlərdən biri hərbi xidmətə qismən yararlı hesab edilən Lerik rayonunun sakini Nəsimi Musayevin ərizəsi ilə bağlıdır. Lerik rayonunun hərbi-tibbi qurumu ərizəçini hərbi xidmətə qismən yararlı saysa da ona zamanında hərbi bilet verilməsini yubadıb. Nəsimi Musayev bu üzdən ali məktəbə qəbul imtahanına buraxılmayıb. Onun yerli məhkəmələrə şikayətləri təmin edilıməyib. Musayev dövlətin onun təhsil və ədalətli məhkəmə araşdırması hüquqlarını pozduğunu iddia edir.

Araşdırılan daha 4 şikayəti Yahova Şahidləri dini icmasının üzvləri Nicat Pənahov, Şəhla Atamova, Mühparə Cəfərova və Lalə Yusifova göndərib.

Ərizəçilər nəql edir ki, 2013-c ilin mayında üzvü olduqları dini icmanın Şəmkirdə keçirilən toplantısına basqın olub. Yerli polis idarəsinin əməkdaşları onları zorla polisə aparıblar. Bir neçə saat sorğulanan dini icma üzvləri rəsmi xəbərdarlıq edilməklə bir neçə saatdan sonra sərbəst buraxılıb. Ərizəçilər bunun qanunsuzluğunu yerli məhkəmələr qarşısında mübahisələndirib, ancaq məhkəmə onlaraın başına gələnləri qanuni sayıb.

Şikayətçilər hesab edir ki, hökumət onların işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, şəxsi və ailə həyatına hörmət, din azadlığı, birləşmək azadlığı hüquqlarına müdaxilə edib.

AİHM-nin araşdırdığı 25 şikayəti isə LGBT toplumunun üzvləri göndərib. Onların Azərbaycana qarşı şikayətində 2017-ci ilin ortalarında polisin onları saxlamasından bəhs edilir.

Ərizəçilər iddia edirlər ki, onların saxlanılması üçün heç bir qanuni əsas olmayıb, yalnız cinsi mənsubiyyətlərinə görə basqıya məruz qalıblar. Onlar polis tərəfindən pis rəftara məruz qaldıqlarını, zorla tibbi müayinə edildiklərini, ölkəiçi məhkəmələrin bütün bunlara görə gərəkli hüquqi addımlar atmadığını bildirirlər.

25 ərizəçi hesab edir ki, onların işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, şəxsi və ailə həyatına hörmət, səmərəli hüquqi müdafiə vasitələri, ayrı-seçkiliyin qadağa olunması hüquqları pozulub.

LGBT (Lezbian-Gey-Biseksual-Transgender) icması üzvlərinin verdiyi məlumata görə, 2017-cu ilin sentyabrında Azərbaycanda, xüsusilə Bakı şəhərində yaşayan transgender və gey insanlara qarşı təqib kampaniyası başlayıb. Rəsmi məlumatlara görə, 56 nəfər inzibati qaydada həbs edilib. Onların 32-də yolxucu xəstəlik aşkar edilib və müalicəyə göndərilib.

2-17-ci il oktyabrın 2-də Baş Prokurorluğun yaydığı məlumatda isə deyilir ki, həbs olunan olmayıb.

Bu hadisədən sonra çoxsaylı beynəlxaql təşkilatlar , o cümlədən ABŞ senatorları bəyanatla çıxış edib.

XS
SM
MD
LG