Accessibility links

Avropa Məhkəməsi Azərbaycana qarşı iki işlə bağlı kommunikasiyaya başlayıb


Avropa Məhkəməsi
Avropa Məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycandan göndərilmiş daha iki şikayət üzrə kommunikasiyaya başlayıb. Ərizələrdən biri məhkəməyə 2016-cı ildə, digəri isə 2018-ci ildə göndərilib.

Bu barədə hüquqşünas Xalid Ağaliyev facebook səhifəsində məlumat yayıb.

“Fuad Qəhrəmanlı Azərbaycana qarşı” adlı işdə ərizəçi Fuad Qəhrəmanlı bildirir ki, müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini olarkən “Facebook”-da paylaşdığı ifadələrdən dolayı azadlıqdan məhrum edilib.

Yerli məhkəmələr siyasətçini dövlət əleyhinə yönələn açıq çağırışlar və milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması cinayətlərində günahkar bilib. Fuad Qəhrəmanlı isə iddia edir ki, dövlət onun konvensiya ilə təminat altına alınan azadlıq və toxunulmazlıq (maddə 5), ədalətli məhkəmə araşdırması (maddə 6) və ifadə azadlığı hüquqlarına müdaxilə edib.

Şikayəti araşdırılan digər ərizəçi isə Türkiyə vətəndaşı Mustafa Yaşar Ceyhandır. O, Türkiyədəki “Feto” olayları zamanı Azərbaycanda təqibə məruz qalıb, saxlanılıb və “Feto” hərəkatına mənsub olması əsası ilə iradəsinin ziddinə olaraq Azərbaycandan Türkiyəyə yola salınıb.

Mustafa Ceyhanın vəkilləri iddia edir ki, onun işgəncəyə məruz qalmamaq (maddə 3), azadlıq və toxunulmazlıq (maddə 5), səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq (maddə 13) hüquq və azadlıqlarına müdaxilə edilib.

Fuad Qəhrəmanlı 2015-ci il dekabrın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb. O 10 il azadlıqdan məhrum edilib və 2019-cu il martın 16-da prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

“Amnesty International” beynəlxalq insan haqları təşkilatı Fuad Qəhrəmanlını “vicdan məhbusu” elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG