Accessibility links

Avropa Məhkəməsi Azərbaycandan olan səkkiz şikayətlə bağlı qərar verib


Avropa Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi fevralın 25-də Azərbaycandan göndərilən 8 şikayətlə bağlı qərarını elan edib. Bütün işlərdə ərizələrin baxılacaq işlərin siyahısından çıxarılmasına qərar verilib.

Nemət Kərimli Azərbaycana qarşı, Elşad Təhməzov Azərbaycana qarşı, Pərviz Həşimli və digərləri Azərbaycana qarşı işlərində tərəflər dostcasına anlaşma bağlayıb.

Analaşmalara əsasən, hökumət Nemət Kərimliyə 2750, Elşad Təhməzova 6700 avro təzminat ödəməlidir. Pərviz Həşimli və digərləri Azərbaycana qarşı işində hökumət 4 ərizəçiyə – Pərviz Həşimli, Mustafa Hacıbəyli, Ayaz Məhərrəmli, Anar Məmmədovun hər birinə 6 min avro ödəməlidir.

Akif Şiriyev Azərbaycana qarşı işində hökumət ərizəçiyə 1800 avro təzminat ödəməlidir.

Axundov və Məcidova Azərbaycana qarşı işi də baxılacaq işlərin siyahısından çıxarılıb. Bu işdə ərizəçilərin vəkili Avropa İnsan Haqları Məhkəməsinin ərizəçilərlə kommunikasiya saxlaya bilmədiyini bildirib.

Nemət Kərimli işi vəkilin nümayəndə olduğu cinayət işi ilə bağlı mediaya verdiyi ifadələr səbəbindən bir il müddətinə vəkillik fəaliyyətindən kənarlaşdırılması ilə əlaqəlidir. Kərimli vəkillikdən müvəqqəti uzaqlaşdırılmasının onun ədalətli məhkəmə araşdırması, şəxsi həyata müdaxilənin yolverilməzliyi, ifadə azadlığı, mülkiyyət hüququna zidd olduğunu iddia edir.

Elşad Təhməzov işində ərizəçi 5 aydan artıq qanunsuz həbsdə saxlanılıb. Yerli məhkəmələr buna görə ərizəçiyə təzminat ödənilməsinə qərar verib. Ərizəçi Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında ona ödənilmiş təzminatın məbləğinin (1500 manat) yetərli olmamasını mübahisələndirib.

Pərviz Həşimli və digərləri Azərbaycana qarşı işində hərəkət azadlığı hüququna məhdudiyyətlərin tətbiq edilıməsinin qanunsuzluğu iddia olunur.

Axundov və Məcidova Azərbaycana qarşı işində QHT-nin qeydiyyatından imtina edilməsinin qanunsuzluğu mübahisəlndirilib.

Şiriyev Azərbaycana qarşı işində mülkiyyət hüququ mübahisələndirilib.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG