Accessibility links

Avropa Məhkəməsinin Böyük Palatası "İlqar Məmmədov Azərbaycana qarşı" işi üzrə qərarını elan edib


Avropa məhkəməsi
Avropa məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatası mayın 29-da "İlqar Məmmədov Azərbaycana qarşı" 46-cı maddə proseduru üzrə qərar çıxarıb.

Söhbət Azərbaycan hökumətinin AİHM-nin 22 may 2014-cü il tarixli Məmmədovun 2013-cü il İsmayıllı hadisələri ilə əlaqədar həbsinin qanunsuz olduğu haqqında qərarını icra etməməsindən gedir.

Palata Azərbaycan hakimiyyətinin "Avropa Şurası Nazirlər Komitəsi tərəfindən Məhkəmə qərarlarının icrasının müşahidəsi prosedurları"nın yerinə yetirilməsi üçün fərdi tədbirlər görüb.

Xüsusən, 25 dekabr 2014-cü il tarixində ərizəçi İlqar Məmmədova mənəvi ziyana görə təzminat kimi, habelə məhkəmə xərclərinin ödənilməsi üçün ümumilikdə 22 000 avro ölçüsündə pul ödənilib.

2015-ci il oktyabrın 13-də Azərbaycan Ali Məhkəməsi Şəki Apellyasiya Məhkəməsinin qərarını ləğv edib və ərizəçinin əlavə şahidlərin dindirilməsi və digər dəlillərə baxılması haqqında sorğularına imtina cavabı verilməsini qanunsuz hesab edib. Məhkəmə hesab edir ki, dövlət daxili prosessual normalar və Konvensiyanın 6-cı maddəsinin tələbləri pozulub.

İlqar Məmmədov
İlqar Məmmədov

2015-ci ilin dekabrında Konvensiyanın 52-ci maddəsinə uyğun olaraq Avropa Şurasının Baş Katibi istənilən üzv dövlətin daxili qanunvericiliyinin konvensiyanın lazımi qaydada yerinə yetirilməsini necə təmin etdiyini müəyyən etmək üçün araşdırmaya başlayıb.

2017-ci il yanvarın 11-də Baş Katibin yaratdığı missiya Azərbaycana səfər edib və AİHM-nin qərarlarının icrası ilə bağlı bütün məsələləri əhatə edə bilmək üçün məhkəmə hakimiyyəti, qanunverici hakimiyyət və icra hakimiyyəti ilə müzakirələr aparıb. Hakimiyyət missiyanın gələcəkdə məhkəmənin qərarlarının icrası üçün təklif etdiyi bütün imkanları araşdırmağa hazır olduğunu təsdiq edib.

2017-ci il fevralın 10-da Azərbaycan Respublikasının prezidenti "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncam imzalayıb. Sonradan Azərbaycanda cəza-icra siyasətinin humanistləşdirilməsi sənədin məqsədləri siyahısına daxil edilib.

Azərbaycan Respublikasının prezidenti Ali Məhkəməyə, Baş Prokurorluğa və Ədliyyə Nazirliyinə bəzi cinayətlərin dekriminallaşdırılması haqqında qanun layihələri hazırlamağı; azadlıqdan məhrumetməyə alternativ hökmlər təqdim etməyi; azadlıqdan məhrumetmə ilə bağlı olmayan qətimkan tədbirlərinin tətbiqi üçün əsasları işləyib hazırlamağı; həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydalarının sadələşdirilməsini və az təhlükəli və ya az ağır cinayətlərə görə həbs üçün əsasların daha da məhdudlaşdırılmasını tövsiyə edib.

Prezident həmçinin Baş Prokurorluğa həbs haqqında vəsatətlərə baxılarkən alternativ qətimkan tədbirlərinə baxılmasına başlamağı tövsiyə edib.

Məhkəmələrə həbs üçün məntiqli əsaslardan, habelə alternativ tədbirlərin xeyrinə olan arqumentlərdən istifadə etmək tövsiyə olunub.

2017-ci il oktyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisi "Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Qanun qəbul edərək, cinayət qanunvericiliyinin üç yüzdən çox müddəasına dəyişiklik edib. Bəzi aktların dekriminallaşdırılması ilə yanaşı, qanun həbs cəzasına alternativ sanksiyaların tətbiqini və vaxtından əvvəl azadetmə ilə bağlı daha sadələşdirilmiş qaydalar nəzərdə tutur. O, 2017-ci il dekabrın 1-də qüvvəyə minib. Qanuna ağır cinayət törədilməsinə görə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını iki il çəkdikdən sonra şərti azadlığa buraxılma imkanları açan 76.3.1-1-ci maddənin daxil edilməsi nəzərdə tutulur. Bu düzəlişə əlavə olaraq, ərizəçi 2017-ci il avqustun 4-dən şərti olaraq azadlığa çıxmaq hüququna malik olacaq.

Bu arada, istintaq və məhkəmə orqanlarına verilmiş tövsiyələrə əsasən, saxlanılanların, istintaq təcridxanalarında tutulanların sayı azalmağa davam edir: istintaq təcridxanalarında saxlanılanların sayı doqquz ay ərzində 25% azalıb. Bundan başqa, 2016-cı illə müqayisədə fiziki şəxslərin həbsi ilə bağlı məhkəmə qərarlarının sayı 24% azalıb.

Ümumiyyətlə, ərizəçinin dərhal azad edilməsi haqqında qərarın yerinə yetirildiyini nəzərə alaraq, hökumət tərəflər arasında razılaşmalara uyğun olaraq AİHM-nin tövsiyələrini yerinə yetirmək üçün zəruri tədbirləri gördüyünü hesab edir.

İlqar Məmmədov 2013-cü ilin fevralında İsmayıllı hadisələri ilə əlaqədar həbs edilərək 7 il azadlıqdan məhrum olunmuşdu. 2018-ci ilin avqustunda Şəki Apellyasiya Məhkəməsi qalan cəzanı 2 il sınaq müddəti olmaqla şərti cəza ilə əvəz edərək, onu həbsdən azad edib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG