Accessibility links

Avropa Məhkəməsi keçmiş səfir Eldar Həsənovun 39-cu maddə üzrə müraciətini araşdırır


Avropa İnsan Hüquqları Məhkəməsi həbsdə olan keçmiş səfir Eldar Həsənovun vəkillərinin Avropa İnsan Hüquqları Məhkəməsi qaydalarının 39-cu maddəsi üzrə müraciətini araşdırmağa başlayıb.

Bu barədə vəkil Cavad Cavadov Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, vəkillər Avropa İnsan Hüquqları Məhkəməsinin qaydalarının 39-cu maddəsinə uyğun olaraq müraciət edib.

“Müraciətimizdə Eldar Həsənovun özəl tibbi klinikalarda müayinə edilməsini, müayinə üçün onuun özünün seçdiyi həkimlərin dəvət edilməsini və planlaşdırılmış (hələ həbsindən əvvəl həkimlər tərəfindən planlaşdırılmış əməliyyatlardan söhbət gedir) əməliyyatların keçirilməsi üçün müvəqqəti qərar qəbul edillməsini xahiş etdik. Avropa Məhkəməsi keçən həftə bu müraciəti araşdırmağa başlayıb və hökümətə müvafiq qısa müddətdə cavablandırılmasını tələb edən sorğular göndərib,” vəkil qeyd edir.

Həbsdə olan sabiq səfir Eldar Həsənovun vəkilləri bir müddət öncə onun səhhətində olan ciddi problemlərlə bağlı Azərbaycan Prezidentinə mətbuat vasitəsi ilə müraciət edib.

“Çox təssüflər olsun ki, bu müraciətin əks sədasını görə bilmədik. Müvəkkilimizin səhhəti isə getdikcə ağırlaşır, onun sağlıq durumunu sözlə izah etmək mümkün deyil. Vəkil olaraq utanıram ki, adekvat tibbi yardım göstərilməsinə Baş Prokurorluqun istintaq idarəsi belə biganə münasibət göstərir və ona görə də həmçinin utanıram ki, sadə humanitar məsələni ölkə daxili hüquqi müdafiə vasitələrilə həll etmək mümkün olmur. Eldar Həsənov həbsinin ilk günündən bunu bəyan edib.”

Vəkilin yazdığına görə, hazırda Həsənovun həbsdə saxlanma müddətinin daha üç ay artırılması planlaşdırılır.

Baş Prokurorluğun Mətbuat Ximdətindən bir müddət öncə Amerikanın Səsinə bildiriblər ki, müdafiə tərəfinin vəsatəti əsasında Eldar Həsənovun səhhəti barədə məhkəmə-tibb ekspertizası təyin edilib, verilən rəyə əsasən cinayət işi üzrə hal-hazırda istintaq hərəkətləri davam etdirilir.

Eldar Həsənov 2020-ci il avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Avqustun 14-də Bakının Səbail rayon Məhkəməsi hakim Azər Tağıyevin sədrliyi ilə Eldar Həsənov barəsində həbs-qətimkan tədbiri seçib.

Xarici İşlər Nazirliyinin əməkdaşları barəsində DTX istintaq idarəsində istintaq edilən cinayət işindən Həsənovun barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə cinayət işi ayrılaraq aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib və hazırda istintaq orada davam etdirilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 2020-ci il iyulun 3-də Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi xüsusi əməliyyatdan sonra bu nazirliyin 5 vəzifəli şəxsi saxlanılıb. Sonradan həmin şəxslərin hamısı ev dustaqlığına buraxılıb. Yalnız Eldar Həsənovun ev dustaqlığna buraxılması barədə vəsatəti təmin edilməyib.

Həsənov 2013-cü ildən 2020-ci ilədək Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri idi. O bundan öncə 2001-2013-cü illərdə Rumıniyada səfir olub. Həsənov həmçinin 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Aleksey Navalnı Saxarov Mükafatına layiq görülüb
please wait

No media source currently available

0:00 0:11:19 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG