Accessibility links

Avropa Məhkəməsi Politkovskaya və Pussy Riot qrupunun üzvləri ilə bağlı qərarını açıqlayıb


Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Moskvanı araşdırmaçı jurnalist Anna Politkovskayanın qətlinin istintaqı və Pussy Riot pank qrupuna münasibətinə görə pisləyib.

2006-cı ildə Moskvada öldürülmüş Politkovskaya işi üzrə məhkəmənin qərarında deyilir ki, Rusiya “qətli icra etmiş şəxsi, yaxud şəxsləri tapmaqdan ötrü yetərli istintaq hərəkətləri apara bilməyib”.

Prezident Vladimir Putinin tənqidçisi olan Politkovskaya Rusiyada yüksək səviyyəli korrupsiyanı ifşa edirdi. O, Çeçenistanda insan haqları pozuntularından yazırdı.

Moskvada Anna Politkovkayanın xatirəsini anılır-Arxiv fotosu
Moskvada Anna Politkovkayanın xatirəsini anılır-Arxiv fotosu

Politkovskaya 2006-cı il oktyabrın 7-də Moskvada yaşadığı binada qətlə yetirilib.

Avropa İnsan Haqları Məhkəməsi jurnalistin ailəsinə 20 min avro miqdarında kompensasiya ödənməsinə dair qərar verib.

72 MİN AVRO CƏRİMƏ

Avropa Məhkəməsi 2012-ci ildə məhkum edilmiş Pussy Riot qrupunun üzvləri ilə bağlı qərarını da açıqlayıb. Qrup üzvləri o zaman baş nazir olan Vladimir Putinin prezidentliyə qayıtmaq planlarına etiraz olaraq “pank dua” oxuduqdan sonra saxlanmışdılar. Məhkəmə qrup üzvlərinin qeyri-insani və alçaldıcı rəftara məruz qaldığını, onların ədalətli mühakimə və azadlıq hüquqlarının pozulduğunu bildirir.

Mariya Alyoxina və Nadya Tolokonnikova
Mariya Alyoxina və Nadya Tolokonnikova

Məhkəmə Maria Alyokhina, Natalya Tolokonnikova və Yekaterina Samutseviçə 72 min avro (84 min dollar) dəyərində kompensasiya ödənməsi barədə qərar çıxarıb.

Qrupun üzvləri “dini nifrətə söykənən xuliqanlıq”da təqsirli bilinərək, iki illik həbs cəzasına məhkum edilmişdilər.

Samutseviçin cəzası sonradan şərti cəza ilə əvəz edildi, Alyokhina və Tolokonnikova isə 2013-cü ildə amnistiyaya düşdülər.

XS
SM
MD
LG