Accessibility links

Avropa Məhkəməsi Rauf Mirqədirovun şikayətini təmin edib


Sentyabrın 17-də Avropa İnsan Hüquqları Məhkəməsi "Zerkalo" saytının hazırda İsveçrədə mühacirətdə olan siyasi şərhçisi Rauf​ Mirqədirovun Azərbaycana və Türkiyəyə qarşı şikayəti üzrə qərarını elan edib.

Avropa məhkəməsinin saytının məlumatına görə, Rauf Mirqədirova münasibətdə Avropa Konvensiyasının 5-ci (Azadlıq və toxunulmazlıq), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 8-ci (şəxsi həyatın toxunulmazlığı) maddələrinin pozuntusuna yol verilib.

Məhkəmə qərarına görə, Azərbaycan hökuməti Rauf Mirqədirova 20 min avro təzminat ödəməlidir.

Məhkəmə ərizəçinin Türkiyə Respublikasına qarşı Avropa Konvensiyasının 5.4-cü maddə ilə bağlı şikayətini araşdırmağa ehtiyac duymayıb. Türkiyəyə qarşı digər şikayətlər isə qəbuledilməz sayılıb.

Mirqədirov 2014-cü ilin aprel ayında Ermənistanın xeyrinə casusluq etməklə dövlətə xəyanət ittihamı ilə həbs olunub. Sonradan o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi real həbs müddətini 5 il sınaq müddəti olmaqla, şərti cəza ilə əvəz edib. Bundan sonra Mirqədirov İsveçrəyə mühacirət edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG