Accessibility links

Avropa Məhkəməsi Rusiyanı Maqnitskinin 2009-cu ildə ölümünə görə qınayıb


Arxiv fotosu - Həbsxanada ölmüş vəkil Sergey Maqnitskinin anası Natalya Maqnitskaya onun portretinin saxlayır, 30 noyabr, 2009.
Arxiv fotosu - Həbsxanada ölmüş vəkil Sergey Maqnitskinin anası Natalya Maqnitskaya onun portretinin saxlayır, 30 noyabr, 2009.

Avropa İnsan Haqları Məhkəməsi 2009-ci ildə həbsdə ölən antikorrupsiya vəkili Sergey Maqnitskiyə qarşı törədilən "çoxsaylı pozuntular"a görə Rusiyanı qınayıb.

Məhkəmə çərşənbə axşamı açıqladığı qərarında Maqnitskinin pankreatiti və digər tibbi problemlərinin müalicəsinin "açıq-aşkar qeyri-adekvat" olduğunu və "əsassız olaraq onun həyatını təhlükə altında qoyduğunu" bildirib.

İşi üzrə məhkəmənin bir rusiyalı da daxil olmaqla, yeddi hakimi yekdilliklə vergi vəkilinin mühafizəçilər tərəfindən pis rəftara məruz qaldığı və məhkəməyə qədər uzun müddət haqsız yerə nəzarət altında olduğu haqda qərar verib.

Onlar həmçinin Maqnitskinin günahkar olduğunu göstərən ölümdən sonrakı "mahiyyət etibarilə ədalətsiz" məhkəmə prosesini pisləyiblər.

Rusiyanın Maqnitskinin həyat yoldaşı və anasına 37.800 dollar ödəməsi haqda qərar çıxarılıb.

Rusiya informasiya agentliklərinin verdiyi məlumata əsasən, Rusiyanın Ədliyyə Nazirliyi məhkəmənin Maqnitskinin əsassız həbsi və həbsdə saxlanması iddialarını təsdiqləyən dəlil tapmadığını qeyd edərək, qərarla bağlı apellyasiya verilə biləcəyini bildirib.

Məhkəmə qərarı əvvəlcə Maqnitskinin özü tərəfindən 2009-cu ildə verilmiş və sonradan onun ailəsi tərəfindən davam etdirilmiş şikayətə əsaslanır.

Sergey Maqnitski 2009-cu ilin noyabrında paytaxtda öldüyü başqa bir istintaq təcridxanasına köçürülməmişdən əvvəl təxminən bir il Moskvanın Butırka həbsxanasında saxlanılıb. O, 2008-ci ilin noyabrında vəzifəli şəxslərin Rusiya dövlət büdcəsindən 230 milyon dollar oğurladığı iddia edilən sxemi ifşa etdikdən sonra həbs edilib, vergidən yayınmada ittihamı olunmuşdu.

37 yaşlı Maqnitskinin ölümündən sonra ABŞ və Avropa İttifaqı tərəfindən sanksiyaların tətbiq edilməsi Moskva və Qərb arasındakı əlaqələrin pisləşməsinə səbəb olub.

XS
SM
MD
LG