Accessibility links

Avropa Məhkəməsi Səid Dadaşbəylinin şikayəti üzrə qərarını elan edəcək


Avropa İnsan Hüquqları Məhkəməsi dekabrın 3-də dövlət çevrilişinə cəhd, dövlətə xəyanət kimi suçlamalarla 13 il 6 ay həbsdə saxlanan Səid Dadaşbəylinin şikayəti üzrə qərarını elan edəcək.

Bu barədə vəkil Fariz Namazlı Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasının 6.1 və 6.3 maddələrinin pozuntusu ilə bağlı (cinayət ittihamı üzrə ədalətli məhkəmə araşdırması hüququnun, öz istəyi ilə müdafiəçinin köməyindən istifadə etmək hüququ) qərarını elan edəcək.

Səid Dadaşbəylibu il iyulun 15-də azadlığa çıxıb. Azadlığa çıxandan sonra Dadaşbəyli heç bir zaman özünü günahkar bilmədiyini deyib.nO bundan sonra bəraət almaq üçün hüquqi baxımdan nə mümkündürsə, edəcəyini deyib.

2007-ci il dekabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi Səid Dadaşbəyli və onunla birgə tutulan 10-a qədər şəxsə hökm oxuyub.

Səid Dadaşbəyli 14 il, Rəşad Əliyev 14 il, Ceyhun Əliyev 14 il, Fərid Ağayev 13 il, Samir Qocayev 13 il, Bəybala Quliyev 13 il, Cahangir Kərimov 13 il, Rasim Kərimov 13 il, Emil Möhbalıyev 12 il, Mikayıl İdrisov isə 12 il azadlıqdan məhrum edilib.

Onlar Cinayət Məcəlləsinin 218 (cinayətkar birlik yaratma), 274 (dövlətə xəyanət), 228 (qanunsuz odlu silah saxlama), 204 (saxta pul və qiymətli kağızlar hazırlama və ya satma) və başqa maddələrlə ittiham ediliblər.

Hüquq müdafiə təşkilatları onları siyasi məhbuslar kimi tanıyıb.

İstintaq müddətində onlara ağır işgəncələr verildiyi iddia edilib.

Amma Azərbaycanın hüquq-mühafizə orqanları təcridxana və cəzaçəkmə müəssisələrində işgəncə olmasına dair şikayətləri təsdiq etmir, əsassız iddialar adlandırırlar.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG