Accessibility links

Avropa Məhkəməsinin qarşısında Tofiq Yaqubluya dəstək aksiyası keçirilib


Avropa Məhkəməsinin qarşısında Tofiq Yaqubluya dəstək aksiyası keçirilib
Avropa Məhkəməsinin qarşısında Tofiq Yaqubluya dəstək aksiyası keçirilib

Sentyabrın 15-də Strasburq şəhərində bir qrup azərbaycanlı mühacir Avropa İnsan Hüquqları Məhkəməsinin binası qarşısında “Tofiq Yaqubluya azadlıq!” şüarı ilə aksiya keçirib. Aksiya iştirakçıları sonra Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin qarşıdına Tofiq Yaqubluya azadlıq tələb edib.

“Biz bundan sonra da davamlı olaraq Avropa İnsan Hüquqları Məhkəməsinin qarçısında “Siyasi Məhbuslara azadlıq!” tələbi ilə aksiyalar keçirəcəyik,” aksiyanın təşkilatçısı, Azadlıq qəzetinin mühacirətdə olan baş redaktoru Qənimət Zahid Amerikanın Səsinə deyib.

Strasburqda Azərbaycan nümayəndəliyinin qarşısında Tofiq Yaqubluya dəstək aksiyası
Strasburqda Azərbaycan nümayəndəliyinin qarşısında Tofiq Yaqubluya dəstək aksiyası

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq, Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını bildirib.

Müxalif siyasi xadimin aclıq aksiyasına dəstək məqsədi ilə Bakıda və Berlində aclıq aksiyaları təşkil edilib. Almaniyanın Nürnberq, Türkiyənin İstanbul, Kanadanaın Toronto şəhərində aksiyalar keçirilib.

XS
SM
MD
LG