Accessibility links

Avropa Məhkəməsi jurnalistlə bağlı qərar verdi


Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) oktyabrın 31-də Naxçıvandan olan jurnalist Həkimeldostu Mehdiyevin şikayəti əsasında qərar qəbul edib.

Qərara əsasən, Azərbaycan hökuməti ona 2 min avro cərimə ödəməlidir.

Buna səbəb isə H.Mehdiyevin 2011-ci ildə cərimə olunması ilə bağlı verdiyi şikayətdir.

H.Mehdiyev Azadlıq Radiosuna danışarkən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını «ədalətli» adlandırıb. "O zaman mənim elektrik enerjisindən qanunsuz istifadə etməyimlə bağlı çıxarılan qərar özü əsassız idi", jurnalist bildirib.

H.Mehdiyev 2011-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda elektrik enerjisindən qanunsuz istifadədə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 189-1.1-ci (Təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanması ) maddəsi ilə təqsirli sayılaraq 1000 manat cərimə edilib.

Jurnalist bu qərarı əsassız sayaraq Avropa İnsan Haqları Məhkəməsinə şikayətində vurğulayırdı ki, ədalətli məhkəmə araşdırması hüququ pozulub. AİHM jurnalistin iddia etdiyi pozuntunu tanıyıb.

H.Mehdiyev bir sıra tənqidi yazıların müəllifidir. Hələlik, Naxçıvan Muxtar Respublikası (MR) rəsmilərindən bu qərara münasibət almaq mümkün olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG