Accessibility links

Avropa Məhkəməsi İlkin Rüstəmzadə ilə bağlı qərarını açıqladı: "Onun həbsi üçün əsaslı şübhə mövcud olmayıb"


Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) NİDA Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadənin Azərbaycana qarşı şikayəti işi üzrə qərarını elan edib.

Bu iş İlkin Rüstəmzadənin 2013-cü ildə qaldırılan cinayət işi çərçivəsində barəsində seçilən həbs qətimkan tədbiri və həbsdə saxlanma müddətinin uzadılmasından verdiyi şikayətinə aiddir.

Məhkəmə hesab edir ki, İlkin Rüstəmzadənin həbsi üçün əsaslı şübhə mövcud olmayıb. Avropa İnsan hüquqları Konvensiyasının 5.1-ci (azadlıq və toxunulmazlıq hüququ) maddəsinin pozuntusu tanınıb, mənəvi zərərə görə 20.000 avro, məhkəmə xərclərinə görə 2500 avro kompensasiya müəyyən edilib.

İlkin Rüstəmzadə NİDA Vətəndaş Hərəkatının həbs edilən 8 üzvündən biridir. Gənclər kütləvi iğtişaşların təşkili və bir sıra digər ittihamlarla uzun müddətə həbs olunublar.

İlkin Rüstəmzadə 2014-cü il mayın 6-da saxlanılıb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə 8 il azadlıqdan məhrum edilib.

"Amnesty International" hüquq-müdafiə təşkilatı həbs edilən NİDA Hərəkatının fəallarını "vicdan məhbus"u elan edib.

Sonradan İlkin Rüstəmzadədən başqa digərləri əfv və amnistiya aktları çərçivəsində azadlığa çıxıb.

XS
SM
MD
LG