Accessibility links

Avropa Məhkəməsi Azpetrol şirkətinin keçmiş prezidenti ilə bağlı qərar qəbul edib


Avropa Məhkəməsi Azpetrol şirkətinin keçmiş prezidenti ilə bağlı qərar qəbul edib
Avropa Məhkəməsi Azpetrol şirkətinin keçmiş prezidenti ilə bağlı qərar qəbul edib

Rafiq Əliyev 2005-ci ildə Bakıda 30000 dollarlıq qaçaqmalçılıqda şübhəli bilinərək həbs olunub.

Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı, məşhur biznesmen Rafiq Əliyevin şikayətinin bir hissəsi üzrə qərar çıxarıb.
Rafiq Əliyev 2007-ci ildə məhkəmə hokmü ilə fırıldaqçılıq və oğurluq ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Avropa Məhkəməsi Rafiq Əliyevin işində Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun (əmlakın müdafiəsi) 5-ci maddəsinin 3, 4-cü bəndlərinin və 1-ci maddəsinin pozuntusu olduğu barədə hökm çıxarıb. Məhkəməsinin qənaətinə görə, məhkəmədən əvvəl həbsdə saxlanma müddəti lazımi əsas olmadan iki ildən çox uzadılıb, məhkəmə təhqiqatı isə ədalətsiz olub.
Avropa Məhkəməsi nəticəyə gəlib ki, Azərbaycan məhkəmələri Konvensiyada nəzərdə tutulmuş xarakterdə və miqyasda məhkəmə nəzarəti həyata keçirmir, bu da Əmlakın müdafiəsi hüququna dair (1 saylı protokolun 1-ci maddəsi) 4-cü paraqrafın 5-ci maddəsinin pozulmasıdır.
Məhkəmənin qərarına əsasən, Azərbaycan Rafiq Əliyevə mənəvi ziyana görə 7000 avro və xərclərə görə 25000 avro kompensasiya ödəməlidir.
Eyni zamanda, Avropa Məhkəməsi R,Əliyevin digər şikayətlərinə (qanunsuz həbs və işgəncə) baxılmasını davam etdirəcək.
Rafiq Əliyev Azərbaycanda ən iri özəl şirkətlərdən olan Azpetrol da daxil olmaqla, müxtəlif şirkətlərin rəhbəri idi. O, 2005-ci ildə Bakıda 30000 dollarlıq qaçaqmalçılıqda şübhəli bilinərək həbs olunub.
Daha sonra onu oğurluqda, vergidən yayınmada və neft qaçaqmalçılığında, kütləvi iğtişaşların və çevrilişin təşkilində ittiham ediblər. Elə həmin vaxt onun qardaşı sabiq iqisadi inkişaf naziri Fərhad Əliyev də həbs olunub.

XS
SM
MD
LG