Accessibility links

Avropa Məhkəməsində qaçqın və məcburi köçkünlərin mindən çox şikayəti var


Avropa Məhkəməsində qaçqın və məcburi köçkünlərin mindən çox şikayəti var
Avropa Məhkəməsində qaçqın və məcburi köçkünlərin mindən çox şikayəti var

Azərbaycan məhkəmədə növbəti mərhələ üçün hazırlıq işlər aparır, əlavə sübutlar toplayır.

“Çıraqovların işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi 2011-ci ilin dekabrında qərar qəbul edib. Qərar bu il yanvarın ortalarında Avropa Məhkəməsinin saytında da yerləşdirilib. Biz bu qərarlardan məmnunuq”. Bu barədə Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov jurnalistlərin sualının cavabında bildirib.

Onun dediyinə görə, Azərbaycan növbəti mərhələ üçün hazırlıq işlər aparır, əlavə sübutlar toplayır. “Azərbaycana qarşı şikayətin rədd edilməsi üçün də əlavə sübutlar toplayırıq. Hesab edirik ki, Çıraqovların Ermənistana qarşı şikayəti təmin ediləcək, ermənilərin isə Azərbaycana qarşı şikayəti rədd ediləcək. Ümid edirik ki, Avropa məhkəməsi bizim dəlilləri qəbul edərək ermənilərin şikayətini rədd edəcək”.
Cənab Əsgərovun sözlərinə görə, Ermənistandan olan qaçqınların və məcburi köçkünlərin Ermənistana qarşı Avropa Məhkəməsinə şikayətləri kütləvi hal alıb. “İndiyədək Ermənistana qarşı mindən çox şikayət göndərilib. Bir çox qaçqınlar və məcburi köçkünlər evlərini tərk edərkən sənədlərini və bu gün məhkəməyə sübut kimi təqdim ediləcək bütün əşyalarını götürmək imkanında olmayıb. İşğal zamanı insanlara məxsus olan evlər də daxil olmaqla bütün sənədlər və materiallar yandırılıb və ya məhv edilib. Bu səbəbdən də şikayətlərə baxılması çox mürəkkəbdir”.
Bununla yanaşı, o deyib ki, hazırda Avropa məhkəməsinə qaçqınlar və məcburi köçkünlər tərəfindən verilmiş mindən çox şikayət əsaslıdır. “Çıraqovların şikayətlərindən sonra Avropa Məhkəməsi digər şikayətlərə də baxacaq”.
O seçkilərlə bağlı Avropa Məhkəməsinin qərarlarından sonra Azərbaycan hökuməti seçki praktikasının təkmilləşdirilməsi ilə bağlı kompleks qərar qəbul edə bilərmi sualının cavabında Cənab Əsgərov deyib ki, Azərbaycanın Milli Fəaliyyət proqramında seçki hüquqlarının təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. “Həmçinin, 2005-ci il parlament seçkilərindən sonra “Seçki Məcəlləsi”nə əlavə və dəyişikliklər edilib. Hesab edirik ki, bu istiqamətdə seçki komissiyaları üçün əlavə seminar və treninqlərin keçirilməsi də lazımdır”, - deyə o qeyd edib.

XS
SM
MD
LG