Accessibility links

Avropada miqrant axını ilə bağlı fikir ayırlıqları mövcuddur


Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Federika Mogerini 28 üzvü olan quruma daxil olan ölkələri Suriya və Yaxın Şərqin digər ölkələrindən qaşıb sığınacaq istəyən minlərlə miqrantın necə yerləşdirilməsi ilə bağlı mübahisələrə son qoymağa çağırıb.

“Bizim daxildə birliyimiz xaricdə görüdüymüz işlərlə ya güclənir, ya da zəifləyir”-deyə Federika Mogerini Litva paytaxtı Vilnyusda müxbirlərə bildirib.

Avropa İttifaqının ədliyyə və daxili işlər nazirlərinin çərşənbə axşamı günü iclas, ittifaqın liderlərinin isə çərşənbə günü zirvə toplantısı keçirəcəyi gözlənilir.

Avropa Parlamentinin prezidenti Martin Şults Avropa İttifaqı sammitinin nəticəsiz keçə biləcəyi ilə bağlı narahatlıqlarını bildirib. O, Avropa İttifaqı ölkələri arasında mövcud fikir ayrılıqlarının genişlənməsinin qarşısının alınması məqsədilə bazar ertəsi Fransa prezidenti Fransua Hollandla görüş keçirib.

Avropada miqrantlar qarşı çıxışları ilə tanınan Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə parlamentin iclasında çıxışında deyib: “Onlar üstümüzə gəlir. Onlar qapını döymür, qapıları dağıdıb üstümüzə gəlir.”

Cənab Orbanın təklifi il parlament Macarıstan ordusuna miqrantlara sərhəddə nəzarət etmək üçün daha geniş səlahiyyətlər və polisə ölkəyə qeyri-qanuni daxil olan miqrantların evində axtarış keçirmək hüququ verib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG