Accessibility links

Bakıya rayon qeydiyyatında olan avtomobillərin girişinə qadağa qoyulub


 Bakıda böyük avtomobil tıxacları yaranıb
Bakıda böyük avtomobil tıxacları yaranıb

İyunun 1-dən Azərbaycanın rayonlarında qeydiyyatda olan avtomobillərin paytaxt Bakıya girişinə qadağa qoyulub.

Daxili İşlər Nazirliyinin Baş Yol Polisi İdarəsinin məlumatında deyilir ki, bu məhdudiyyətlər müvəqqəti xarakter daşıyır və Avropa Oyunlarına qonaq axını ilə əlaqədardır.

Bu məhdudiyyətlər nəqliyyatın hərəkətinin tənzimlənməsinə və tıxaclardan qaçmağa imkan verəcək. Qadağa Sumqayıt şəhərindən qeydiyyatda olan avtomobillərə də aiddir.

Bundan əvvəl Avropa Oyunları ərəfəsində Bakının şimal və qərb girəcəklərində avtomobilləri saxlamaq üçün dayanacaqlar yaradılıb. Buradan şəhərə avtobuslarla getmək mümkün olacaq.

Avropa Oyunları iyunun 12-28-də keçiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG