Accessibility links

İdmançılara 8 milyon manat mükafat veriləcək


Kişilər və qadınlar arasında keçirilən Sambo idman yarışması
Kişilər və qadınlar arasında keçirilən Sambo idman yarışması

I Avropa Oyunlarında medal qazanan Azərbaycan idmançılarına ümumilikdə 8 005 000 manat pul mükafatı ödəniləcək.

Prezident İlham Əliyevin sərəncamı və Milli Olimpiya Komitəsi qızıl medalşılara və onların şəxsi məşqçilərinə 3 450 000 manat, gümüş medalçılara və onların məşqçilərinə 1 895 000 manat, bürünc medalçılara və onların məşqçilərinə 2 660 000 manat pul mükafatı veriləcək.

Avropa Oyunlarında Azərbaycan idmançıları 21 qızıl, 15 gümüş, 20 bürünc medal qazanıb.

"Bakı 2015" I Avropa Oyunlarında I yer tutmuş hər bir idmançıya 100 min manat prezident, 50 min manat Milli Olimpiay Komitəsi, onun məşqçisinə 50 min manat prezident, 25 min manat Milli Olimpiya Komitəsi mükafat verəcək.II yeri tutanlar müvafiq olaraq 50 min və 30 min, onun məşqçisi 40 min və 15 min, üçüncü yeri tutan idmançı 30 min və20 min, məşqçisi 15 min və 10 min pul mükafatı alacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG