Accessibility links

Avropa Parlamenti: İranda azı 304 nəfər həlak olub


Avropa Parlamenti
Avropa Parlamenti

Dekabrın 19-da Avropa Parlamenti İranın təhlükəsizlik qüvvələri tərəfindən bu ölkədəki etirazlara qarşı uyğun olmayan güc tətbiqini pisləyən qətnamə qəbul edib.

Sənəddə deyilir ki, azı 304 nəfər həlak olub, daha çox adam yaralanıb, minlərlə adam həbs olunub, ona görə ki, “İranda on minlərlə insan və cəmiyyətin bütün təbəqələrinin nümayəndələri 40 il ərzində baş vermiş ən böyük etiraz aksiyaları zamanı sərbəst toplaşmaq azadlığı hüququnu həyata keçirib.”

İranda ümummilli etirazlar noyabrın 15-də hökumət yanacağın qiymətinin 50% artırıldığını elan etdikdən sonra başlayıb. Avropa Parlamenti üzvlərinin fikrincə, hakimiyyət qəbuledilməz şəkildə reaksiya verib. Onlar İran hakimiyyətini ölənlərin və tutulanların dəqiq sayını açıqlamağa və saxlanılanların yeri barədə ailələrinə məlumat verməyə çağırıblar.

Həddindən artıq güc tətbiq edilməsi barədə bəyanatlar dərhal araşdırılmalı və bütün günahkarlar məsuliyyətə cəlb edilməlidir.

Avropalı parlamentarlar həmçinin 33 il həbs cəzası alan və indiyədək həbsdə olan Saxarov mükafatı laureatı Nəsrin Sotudenin dərhal azadlığa buraxılmasını tələb ediblər.

Qətnamədə İranın İnternetdə qlobal şəbəkələrə çıxışı əngəlləmək qərarı kəskin şəkildə pislənilir, çünki bu, vətəndaşların söz azadlığının açıq şəkildə pozulmasıdır.

XS
SM
MD
LG