Accessibility links

Avropa Parlamentinin üzvləri “Pandora Sənədləri” ilə bağlı təhqiqatın aparılmasına çağırır


Avropa Parlamentinin üzvləri cümə axşamı “Pandora Sənədlərin”də üzə çıxan və Avropa İttifaqı yurisdiksiyası daxilində baş verən qanun pozuntuları ilə bağlı hərtərəfli təhqiqatın aparılmasına çağırıb.

Parlament üzvləri 578 lehinə, 28 əleyhinə və 79 bitərəf səslə qəbul olunan qətnamədə Avropa İttifaqının böyük miqyasda vergidən yayınmağa və çirkli pulların yuyulmasına imkan yaradan boşluqları bağlamaq üçün görməli olduğu təcili tədbirləri vurğulayıb. Onlar həmçinin Avropa Komissiyasını mövcud qanunları müvafiq şəkildə icra etməyən Aİ ölkələrinə qarşı hüquqi prosedurun başladılmasına çağırıb.

“Bu gün qəbul olunan qətnamə Avropa İttifaqı dövlətlərindəki hüquq-mühafizə orqanlarını “Pandora Sənədləri”ndə üzə çıxan və onların yurisdiksiyalarında baş verən hər hansı qanun pozuntusu ilə bağlı hərtərəfli təhqiqat, habelə adı hallanan bütün şəxslərlə bağlı yoxlanış aparmağa çağırır.”

Avropa Parlamentinin üzvləri qətnamədə “Pandora Sənədləri”ndə adları hallanan ölkə liderlərini qınayıblar. Qətnamədə liderlər Çexiyanın Baş naziri Andrey Babiş, Kiprin Prezidenti Nikos Anastasiades, Britaniyanın sabiq Baş naziri Toni Bleyrlə yanaşı Azərbaycan Prezidemti İlham Əliyevə də xüsusi qınaqlar ünvanlanıb.

Qətnamə ilə bağlı açıqlamada bildirilir ki, parlament üzv ölkələri və Avropa Komissiyasını ofşor şirkət quruluşlarından faydalanan, bu şirkətlərin benefisiar sahiblərini müəyyən etmək və onlarla bağlı məlumat toplamaq üçün daha çox tədbir görməyə çağırır.

Bundan əlavə qətnamədə bildirilir ki, Parlament üzvləri həmçinin bir çox çox üzv ölkənin çirkli pulların yuyulması və vergidən yayınmağın qarşısını almaq məqsədi daşıyan mövcud qaydaların yerinə yetirilməsini gecikdirdiyini qeyd edir.

“Mövcud qaydaları düzgün icra etmədən və Aİ boyu hüquq-mühafizə orqanları arasında daha çox resursların ayrılmasına çağıran daha yaxşı əməkdaşlıq olmadan yeni və daha güclü qaydalar qəbul etməyin heç bir mənası olmayacaq,” qətnamədə vurğulanır.

Qətnamədə Aİ-nın hazırkı vergi cənnətləri siyahısı “küt alət” adlandırılıb və ən çox qanun pozuntuları edən ölkələri tapmaqda müvəffəq olmadığı bildirilib.

“Məsələn, “Pandora Sənədləri”ndə adları hallanan ofşor şirkətlərin üçdə ikisi Britaniyanın Vircin Adalarında olsa da, ada Aİ-nın sıyahısında yer almır,” qətnamədə deyilir.

Bu səbəblə də parlament üzvləri siyahıya alma prosesini təkmilləşdirməyin bir neçə yolunu irəli sürür.

Avropa Parlamentinim üzvləri daha öncə də oktyabrın əvvəlində məsələ ilə bağlı daha ətraflı qətnamə qəbul ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG