Accessibility links

Avropa peyvənd çatışmazlığı, Rusiya münasibətləri fonunda bir neçə böhranla eyni vaxtda mübarizə aparır


Avropa peyvənd çatışmazlığı, Rusiya münasibətləri fonunda bir neçə böhranla eyni vaxtda mübarizə aparır
please wait

No media source currently available

0:00 0:03:44 0:00

Avropa İttifaqı koronavirus peyvəndlərinin tədarükü məsələsində gecikmələrə görə tənqidlərlə üzləşir, baxmayaraq ki, rəsmilər strategiyanı müdafiə edir. Rusiya məsələsi ilə əlaqədar yaranan gərginlik blokun bir neçə cəbhədə böhranla üzləşdiyini göstərir.

105 yaşlı Elisabet Steubesan bazar ertəsi Almaniyanın Köln şəhərində peyvənd olunmağa gedir.


O jurnalistlərə verdiyi açıqlamada bildirir ki,"Bu olduqca çox yaxşı bir şeydir və baxmayaraq ki, mən yaşlıyam, çoxlarının bunu etməsini arzu edərdim".

Bir çox avropalı peyvənd vurmaq istəyir - lakin blok təchizat çətinliyi ilə mübarizə aparır. Yavaş başlanğıc Aİ-da siyasi gərginliyə səbəb olur.

Fevral ayının ilk həftəsinə qədər Aİ peyvəndin ilk dozalarını əhalisinin cəmi 4 faizən az hissəsinə çatdırmışdısa, bu rəqəm ABŞ-da 11 faiz, Britaniyada isə 17 faiz nisbətində idi.

London Kral Kollecindən Matt Bevington fikrincə “Deyə bilərsiniz ki, Aİ Komissiyası əczaçılıq şirkətləri ilə müqavilə danışıqlarını Britaniya və ABŞ-la müqayisədə daha pis idarə edib. Lakin təsdiq məsələsinə gəldikdə, bu, ağıllı bir qərar idi. Bunun daha yavaş olacağını bilirdilər və bunun daha sonra çatdırlmaya zərbə vuracağını da bilirdilər. Üstəlik fərqli şirkətlər tərəfindən peyvəndlərin çatdırılması ilə əlaqəli əlavə problemlər də var".

Brüssel Avropada peyvənd istehsal edən dərman şirkətlərinin Aİ ilə müqavilələrini yerinə yetirməsini təmin etmək üçün xaricə göndərmədən əvvəl onlara qarşı ixrac nəzarəti tətbiq edib. Çərşənbə günü Aİ-nın millət vəkilləri qarşısında danışan İttifaq Komissiyasının rəhbəri Ursula von der Leyen səhvlərin olduğunu etiraf edib: “Biz təsdiq məsələsində gecikdik. Kütləvi istehsala gəldikdə isə çox nikbin idik və bəlkə də sifariş etdiyimiz şeylərin vaxtında çatdırılacağına çox inanırdıq"

Buna baxmayaraq Von der Leyen Aİ-nin strategiyasını müdafiə etməyə davam edib.
"Avropalılar olaraq vaksini toplu şəkildə sifariş etməyimiz düzgün idi. Böyük oyunçular, böyük üzv dövlətlər tələsib bazara daxil olsaydı təsəvvür edə bilmirəm ki, nə olardı, əli boş qalardıq. Bunun Avropa bazarı və Avropa üçün nə demək olduğunu bilirsiniz?" deyə o sual edib.

Bevington daha kiçik Aİ ölkələri üçün ortaq tədarükün işə yaradığını bildirir: "Əgər peyvəndlərin tədarükü ilə bağlı sistemsiz azad ticarət yanaşması olsa idi o zaman bəzi üzv dövlətlərin olduqca çox miqdarda vakisnə sahib olduğu zaman digərləri heç birinə də sahib ola bilməyəcəkdi".


Qarşıdurmanın qarşısı alınmış ola bilər, lakin Aİ Komissiyasına qarşı tənqidlər getdikcə daha da artır. Aİ-nin Şimali İrlandiyaya peyvənd ixracatını dayandırmaq təhdidi sürətlə ləğv edilsə də London və Dublin tərəfindən tənqidlərlə qarşılandı.

Bu arada digər bir böhranda özünü göstərib - blokun xarici siyasət rəhbəri Cozef Borrell keçən həftə Moskva səfərində Aİ-nın rəsmilərinin məsləhətlərinə zidd olan məsləhətlər qəbul etməsi səbəbi ilə tənqid atəşinə tutulub.

Belə ki, Borrel rusiyalı həmkarı Serqey Lavrovla mətbuat konfransından əvvəl Aleksey Navalnıya dəstək veməsi səbəbi ilə Rusiyanın üç Avropa diplomatını ölkədən qovması Aİ-a qarşı alçaldıcı cəhd kimi qiymətləndirilib.

Borrell budan sonra Avropalı millət vəkilləri ilə üz-üzə gəldiyi zaman ağır tənqidlərlə üzləşib. Belə ki, Avropa Parlamentinin Polşalı üzvü Anna Fotyga bildirib ki, "Ora getmək qərarına gəldin və Serqey Lavrov tərəfindən xüsusi ilə hazırlanmış tələyə düşdün".

Analitiklər Avropadakı peyvəndlənmə proqramının sürətlə yayılmağa başladığı zaman bu müzakirələrin böyük ehtimalla səngiyəcəyini, lakin daha çox gecikmənin blokun xalqın gözündə uzun müddət unudulmayacaq zərbə alacağını düşünür.

XS
SM
MD
LG